“Kəpəz”dən sonra 1-ci liqa klubunu çalışdıracaq? – Şükürov özü açıqladı

18.10.2024 14:11 1 916
Aktual / Ölkə futbolu
Məlum olduğu kimi, “Difai”bir müddət öncə baş məşqçi Adil Mahmudovla yolları ayırdı.

Elgiz Kərimlidən sonra adı çəkilkən mütəxəssisə həvalə olunan komanda indi də 3-cü baş məşqçinin yolunu gözləyir. Rəhbərlik daha təcrübəli, həm də komandanı bu durumdan çıxara biləcək baş məşqçi istəyir. Əldə etdiyimiz məlumata görə, siyahıda Adil Şükürov da var. Amma Şükürov elita klubunda çalışmaq istəyir, həm də baş məşqçi kimi. Düzdü, “Sumqayıt” variantı var idi, amma rəhbərlik son anda ona şans verməkdən vaz keçib.

Görəsən, 47 yaşlı mütəxəssis 1-ci liqada çalışmaq fikrindədi?
Adil bəy sualımızı belə cavabladı:

“Hələ ki bekaram. Təklifləri gözləyirəm. Heç bir klubdan təklif olmayıb. Heç kimlə də danışmamışam”.

RÖYANƏ OĞUZ