“Atalanta” sıralarına yeni oyunçu cəlb edib.
İtaliya klubu müdafiəçi Fallu Diufu ilə razılıq əldə edib. Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. 17 yaşlı seneqallı futbolçu “Generation foot” akademiyasının üzvüdü. “Atalanta” rəhbərliyi onunla müqavilə bağlayıb.
Yeri gəlmişkən, “Atalanta” hazırda A seriyasının turnir cədvəlində 7 oyuna 10 xalla 8-ci yerdədi.