Meza Kolli yenidən ölkəmizdə

15.10.2024 16:51 231
Ölkə futbolu
“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, yerli azarkeşlərə də yaxşı tanış olan Sezar Meza Kolli azad agent kimi heyətə cəlb olunub.

33 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyəcək.

Paraqvaylı mərkəz yarımmüdafiəçi peşəkar karyerasında müxtəlif illərdə İtaliyanın “Çesena” və “Pavia”, İspaniyanın “Alaves”, ölkəmizdə “İnter” / “Keşlə” / “Şamaxı”, “Neftçi” və “Zirə” klublarının heyətində çıxış edib.