"Quba" gürcüstanlı məşqçi ilə anlaşdı

15.10.2024 13:01
İdman
“Quba” basketbol klubu gürcüstanlı məşqçi ilə anlaşıb.

"Football-plus az" xəbər verir ki, bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Şəhriyar Əsgərova Vasili Çkareuli kömək edəcək.

O, mövsümün sonuna qədər “Quba”da işləyəcək. 1997-ci il təvəllüdlü məşqçi ötən mövsümü Gürcüstanın “Suxumi” klubunda basketbolçu kimi keçirib.

Qeyd edək ki, karyerasını yayda başa vuran V.Çkareuli buna qədər "Suxumi"nin U-22 komandasının baş məşqçisi və "Zaza Pachulia Basketball Academy"də məşqçi kimi fəaliyyət göstərib.