Cüdoçularımız Paris Böyük Dəbilqə turnirini 3 medalla başa vurdu - FOTO

6.02.2023 11:06 368
İdman / Foto
4-5 fevralda Fransanın paytaxtı Paris şəhərində keçirilən Böyük Dəbilqə turnirində Azərbaycan cüdoçuları 1 qızıl, 1 gümüş, 1 bürünc medal əldə edib.

Football-plus.az xəbər verir ki, yarışın ilk günündə -60 kq. çəkidə Balabəy Ağayev final görüşündə Fransa təmsilçisi Sedrik Revolı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə çıxıb.

Yarışın ikinci günündə isə -90 kq. çəkidə Murad Fətiyev final görüşündə niderlandlı cüdoçu Noel Van T End ilə qarşılaşıb. Murad nəticədə yarışı gümüş medalla başa vurub.

-100 kq. çəkidə Zelim Kotsoyev isə belçikalı cüdoçu Toma Nikiforova qalib gələrək bürünc medala sahib olub.

+100 kq. çəkidə Camal Qamzatxanov və Uşanqi Kokauri isə turniri 7-ci yerdə başa vurub.

Azərbaycan medal əyarına görə ümumi hesabda və kişilər arasında dördüncü yeri tutub.

Cüdoçularımız Paris Böyük Dəbilqə turnirini 3 medalla başa vurdu