Açıq Asiya turnirinə qızılla start

13.10.2024 01:21 244
İdman
Cüdoçularımız Qazaxıstanın Aktau şəhərində keçirilən Açıq Asiya turnirinə uğurlu start veriblər.

"Football-plus.az" xəbər verir ki, yığmamız günü 1 qızıl medalla başa vurub. 60 kq çəki dərəcəsində Murad Muradlı bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Qeyd edək ki, turnirə sabah yekun vurulacaq.