Sümər Türkiyəyə Abdulla Avcı üçün gedib? - "Neftçi" rəsmisi cavabladı

13.10.2024 00:29 806
Aktual / Ölkə futbolu
"Neftçi"nin yeni baş məşqçi axtarışı davam edir. Bilindiyi kimi, Roman Qriqorçukun istefasından sonra azarkeşlərin və mütəxəssislərin əksəriyyəti bu postda yerli çalışdırıcı görmək istəyir.

Bəs klub məsələylə bağlı yekun qərarını veribmi?

"Ağ-qaralar"ın media üzrə əlaqələndiricisi Rüstəm Əfsərlinin "Football-plus.az"a verdiyi məlumata görə, bu mövzuyla bağlı konkret yenilik yoxdu.

Klub rəsmisindən baş icraçı direktor Cenk Sümərin Türkiyəyə yollandığı, qardaş ölkədə məşqçi Abdulla Avcıyla danışıqlar apardığı haqda məlumatın doğru olub-olmadığını da soruşduq. O, funksionerin, ümumiyyətlə, Türkiyəyə getmədiyini dedi.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul