• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Masazırda "sülh" üçün 8 dəqiqə bəs etdi - REPORTAJ

Premyer-liqa / Reportaj

12-10-2024, 22:0

Sabah (Bakı) - Araz-Naxçıvan 1:1 (1:1)
55. Nicat Mehbalıyev - 5,5
10. Namik Ələskərov - 5,0
(11. Kahim Parris, 64) - 5,5
4. Elvin Camalov (k) - 5,0
(6. Abdulax Xaybulaev, 74) - 5,0
2. Amin Seydiyev - 5,0
7. Boyan Letiç - 5,0
(17. Tellur Mütəllimov, 64) - 5,0
20. Coy-Lens Mikels - 5,5
18. Pavol Şafranko - 6,0
(88. Xəyal Əliyev, 89) - qiymətsiz
40. İqor Noqeyra - 5,5
70. Cesse Sekidika - 5,5
3. Con İrasabal - 5,5
13. İvan Lepinitsa - 5,5
Ehtiyat oyunçular
1. Yusif İmanov
94. Rəvan Mirzəmmədov
9. Anatoli Nuriyev
5. Rəhman Daşdəmirov
77. Şakir Seyidov
22. Abdulla Rzayev
99. Neqoş Kupusoviç
Baş məşqçi: Krunoslav Renduliç
Komandanın ən yaxşısı: Pavol Şafranko

12. Kristian Avram - 5,5
34. Urfan Abbasov - 5,5
(2. Slavik Alxasov, 87) - qiymətsiz
3. Bəxtiyar Həsənalızadə - 6,0
6. Vadim Abdullayev (k) - 5,5
26. Ömər Buludov - 5,5
29. Vanderson Melo - 5,0
23. Nuno Rodriges - 5,5
14. Miço Kuzmanoviç - 5,5
4. İqor Ribeyro - 5,5
97. Felipe Santos - 6,5
(17. İssuf Paro, 90+4) - qiymətsiz
10. Bernardo Dias - 5,5
(7. Ülvi İsgəndərov, 83) - qiymətsiz
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
1. Vüsal Şabanov
22. Elçin Mustafayev
20. Turan Vəlizadə
88. Tuqay Əlizadə
11. Bayraməli Qurbanov
24. Mustafa Əhmədzadə
71. Sənan Ağalarov
16. Ramon Maçado
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: Felipe Santos

Qollar: P Şafranko, 5 (1:0). F.Santos, 8 (1:1, B.Həsənalızadə).
Vərəqələr: B.Letiç, 16 (qeyri-idman hərəkəti). F.Santos, 76 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: CAVİD CƏLİLOV, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev (hamısı Bakı).
VAR hakimi: Rauf Cabbarov (Bakı).
VAR hakiminin köməkçisi: Rəhman İmami (Bakı).
Hakim-inspektor: Rəhim Həsənov (Bakı).
AFFA nümayəndəsi: Zümrüd Ağayeva (Bakı).
5 oktyabr. Bakı. "Bank Respublika Arena". 600 tamaşaçı (8700 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.

9-cu tura start verilməzdən əvvəl hansı matçda daha əzmkar mübarizəyə şahid olacağımı təxmin etsəm, ağla məhz bu oyun gələrdi. Ona görə ki, "Araz-Naxçıvan" qələbə qazansa, yenidən azı birgünlüyə turnir cədvəlinin lideri olacaqdı. "Sabah"ın qələbəsi isə liderlər qrupunda möhkəmlənməsiylə nəticələnəcəkdi. Əlbəttə, əzmkarlıq həm də futbolçuların keyfiyyətindən, potensialından asılıdı. Cavabımı elə bu məqamla əsaslandıracaqdım. Axı həm Masazır, həm də Muxtar Respublika təmsilçisi heyətləri sayəsində təcrübəli və iddialı çıxışla yadda qalıb. Hər halda, 90 dəqiqənin 9 dəqiqə kimi keçəcəyini düşünmək olardı. Lakin hadisələrin axarı, xüsusilə, stadiona gələn azarkeşləri xeyli məyus etdi. Onlar demək olar ki, elə ilk 9 dəqiqədə əsl futbol izləyə bildi. Qolların vurulduğu və azsaylı təhlükəli epizodları saymasaq, bu, turun ən cansıxıcısı qarşılaşması idi. Baxmayaraq ki, debütdə yaşananlar qarşılıqlı hücumlarla zəngin baxımlı oyun vəd edirdi. Söhbət meydan sahiblərinin var gücüylə irəli atıldığı və qolla nəticələnən hücum cəhdindən, qonaqların dərhal özünü toparlayaraq imza atdığı "cavab atəşi"dən gedir.

"Bayquşlar" 5-ci dəqiqədə künc zərbəsi qazandı ki, topu oyuna Namik daxil etdi. "Çərçivə"ni əvvəl "kürə"ni cərimə meydançasının daxilində qarşılayan Lepinitsa nişan alsa da, Avram seyvlə yadda qaldı. Önünə düşən fürsəti dərhal dəyərləndirən Şafranko komandasını hesabda önə keçirdi. Amma "Sabah"ın qol sevinci uzun sürmədi. "Araz-Naxçıvan" qol sevincinin bihuş etdiyi rəqibin oyuna köklənməsinə imkan vermədən irəli atıldı. Bəxtiyarın uzaqdan ötürməsini qəbul edən Santos 8-ci dəqiqədə İrasabal, Noqeyra, Amin və Lepinitsanın təzyiqinə baxmayaraq, topu tora qovuşdurdu. Yəqin ki, bu məqamda günahın "bayquşlar"ın dillər əzbəri olan yarıtmaz müdafiə xəttində olduğunu təxmin etmək çətin deyil.
Ardından hadisələrin meydanın mərkəzində cərəyan etdiyini desək, yanılmarıq.

Komandalar sanki hücum etməkdən çəkindi, qısa ötürmələrlə rəqibini yormağa, bəlkə də hesabı qorumağa üstünlük verdi. Belədə yalnız ikinci yarı üçün ümidli olmaq mümkün idi. Lakin komandalar bu dəfə də dəst-xəttini pozmamağa çalışdı. Daha doğrusu, 46-cı dəqiqədə Mikels cərimə meydançası daxilində dəqiq ola bilmədi. O, Sekidikanın ötürdüyü topa zərbə endirsə də, "kürə" qapının üzərindən şütüdü. 50-ci dəqiqədə Ömər Kuzmanoviçin qol vurması üçün şərait yaratdı. Amma Miço Letiçlə təkbətək mübarizədən qalib ayrılmadığından fürsət əldən çıxdı. Bir qədər sonra Santos topu geri almaq məqsədilə Rodrigesə çatdırıb irəli atıldı. Burda Nuno "çərçivə"ni nişan almaq qərarına gəldi ki, Nicat zərbəni dəf etdi. 66-cı dəqiqədə Bəxtiyar kritik müdaxiləylə Sekidikanın qapını nişan almaq cəhdinə mane oldu. Ardından "Araz-Naxçıvan"ın təzyiqi artırdığı epizodlara şahidlik etdik. Belədə Nicat sıra ilə Diasın və başla bəxtini sınayan Rodrigesin zərbələrini zərərsizləşdirdi. 71-ci dəqiqədə isə Santosun sürətli ötürməsinə çata bilməyən Miço əla fürsəti boşa verdi.

Bir qədər sonra "Sabah"ın qolla nəticələnməyən hücumuna şahidlik etdik. Burda Sekidika Abdulaxın göndərdiyi topu uzaqdan tora qovuşdurmaq istəsə də, Avram yerində idi. Qolkiper 90+1-ci dəqiqədə Parrisin də fərqlənməsinə imkan vermədi. Beləcə Cəlilovun final fiti eşidildi. Nəticədə "Sabah" "avrokubok zonası"ndan uzaq düşdü. "Araz-Naxçıvan" isə istəyinə çatdı - liderlər qrupundan qopmadı!

Gözdən qaçmadı
* Matçdan əvvəl övladıyla birgə stadiona gələn tamaşaçıyla mühafizəçilər arasında anlaşmazlıq yarandı. Çünki əməkdaşlar onun oğluna aldığı çərəzlərin arenaya buraxılmasının qadağan edildiyini, həmin şeylərin idman qurğusunun daxilində satıldığını bildirdi. Tamaşaçı duruma etiraz etdikdən sonra stadionu tərk etdi.
* "Soldati di Sabah" əvvəldən sona qədər komandasını dəstəklədi.  "Araz-Naxçıvan"ın "Sektor 56" fanklubu isə tribunalarda yox idi.
* Matç ərzində Amin Seydiyevlə Felipe Santos arasında gərginlik yaşandı. Onlar bir-birinə kobud müdaxilələr etməklə acıq çıxmağa çalışırdı. Münaqişə Cavid Cəlilovun Santosa sarı vərəqə göstərməsindən sonra dayandı.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

5-10-2024, 18:0

"Sabah" - "Araz-Naxçıvan": START HEYƏTLƏRİ

Ölkə futbolu

29-09-2024, 18:0

“Qarabağ” - “Sabah”: START HEYƏTLƏRİ

Ölkə futbolu

22-09-2024, 17:0

"Səbail" - "Sabah": HEYƏTLƏR

Premyer-liqa

31-08-2024, 18:0

"Kəpəz" - "Sabah": START HEYƏTLƏRİ

Premyer-liqa

25-08-2024, 17:0

“Sabah” - “Sumqayıt”: START HEYƏTLƏRİ

Premyer-liqa

15-12-2023, 13:0

"Araz-Naxçıvan" - "Sabah": START HEYƏTLƏRİ

Aktual
Paytaxt derbisi haqda bəd xəbər - həm "Sabah", həm də "Neftçi" üçün çətinlik...
Nəriman Axundzadə Messidən 45 dəfə az pul qazanır
“Futbolun hər üzü var, nə olacağını əvvəldən təxmin etmək olmaz” - Adil Şükürov tələsmir
Əli Bəşirov Fransada! – “Strasbur” planı reallaşır
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Son xəbərlər
  • Bu gün, 17:14
    "Karvan Yevlax" "Qəbələ"yə qarşı - YENİLƏNİR
  • Bu gün, 16:30
    “Şəfa” bu gün çempion ola biləcəkmi? - YENİLƏNİR
  • Bu gün, 15:58
    "Karvan-Yevlax" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Bu gün, 15:38
    Paytaxt derbisi haqda bəd xəbər - həm "Sabah", həm də "Neftçi" üçün çətinlik...
  • Bu gün, 15:21
    “Karyeramın ən yaxşı dönəmindəyəm” - Sara DÇ-yə yollanmaq arzusu ilə yaşayır
  • Bu gün, 14:23
    ''Real'' etiraz dalğası fonunda qalib gəldi - Peres azarkeşlərlə mübahisə etdi
  • Bu gün, 13:52
    Nəriman Axundzadə Messidən 45 dəfə az pul qazanır
  • Bu gün, 13:24
    İki güləşçimiz 1/4 finalda - AÇ
  • Bu gün, 12:53
    UEFA lisenziyalı məşqçilik kursları üçün təlim keçiriləcək
  • Bu gün, 12:17
    “İnter” sona üç tur qalmış çempion oldu - Kivu ona inanmayanları susdurdu
  • Bu gün, 11:46
    “Şalke-04” üç ildən sonra elitada - türk ulduzun sayəsində!
  • Bu gün, 11:29
    “Futbolun hər üzü var, nə olacağını əvvəldən təxmin etmək olmaz” - Adil Şükürov tələsmir
  • Bu gün, 10:58
    Acunun komandası finalda oynamadan premyer-liqaya yüksələ bilər!
  • Bu gün, 10:13
    “Mənfi şərhləri oxumamaq üçün hətta İnstaqram və ya TikTok hesabı da açmamışam” - Kənan milli komanda ilə fəxr edir
  • Bu gün, 09:48
    Əli Bəşirov Fransada! – “Strasbur” planı reallaşır
  • Bu gün, 00:13
    Xədicə gümüş medal qazandı - AÇ
  • Dünən, 23:46
    Fransa dünya çempionatı üçün heyətini açıqladı
  • Dünən, 23:11
    Əvvəlki iş yerinə qayıtdı
  • Dünən, 22:20
    21 illik həsrətə son qoydular
  • Dünən, 21:49
    “Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
  • Dünən, 21:13
    Dünya çempionatını buraxa bilər
  • Dünən, 20:42
    Prezident olmağa çox yaxındı
  • Dünən, 20:11
    64 yaşında yeni təyinat aldı
  • Dünən, 19:40
    İtaliya klubuna gərək olmadı
  • Dünən, 19:19
    Tramp boksçularla görüşdü
  • Dünən, 18:48
    “Mövsümün sonuna hələ çox var, çox şey dəyişə bilər” - sürpriz lider son uğurlarından danışdı
  • Dünən, 18:17
    Tennisdə böyük qiyam! - daha çox qazanmaq istəyirlər
  • Dünən, 17:46
    “Olimpiakos” “4-lər finalı”na vəsiqə qazandı
  • Dünən, 17:15
    60 milyon dollar qazanır, yenə də narazıdı!
  • Dünən, 16:44
    İki güləşçimiz yarımfinalda - AÇ
  • Dünən, 16:13
    “Orlando” baş məşqçisini qovdu
  • Dünən, 15:42
    Asif Məmmədov "Qəbələ"ni 10 min manat ziyana saldı
  • Dünən, 15:11
    Makkinnon ikinci pilləyə yüksəldi
  • Dünən, 14:40
    “Sabah” – tarixin beşincisi, Dambrauskas ilkə imza atdı
  • Dünən, 14:19
    "Bakı–Xankəndi" velosiped yarışına yekun vuruldu
Daha çox
Oxunub: 506
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 283
Elvinlə Abbasdan yeni xəbər - Maksim Medvedev onlardan şikayətçi oldu?
Oxunub: 225
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 204
"Hər il dəyişikliyin olması bizi boğaza yığıb" - "Xəmsə" Azər Bağırovun göndərilməsinə qarşıdı!
Oxunub: 195
“Zirə” avrokuboklara düşməsə, Rəşad Sadıqov istefaya göndəriləcək!
Oxunub: 187
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə