U-19 millimiz ikinci yoldaşlıq oyununda da məğlub oldu

16.10.2023 17:32 208
Yığma
Özbəkistanın paytaxtı Daşkənddə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət millimiz növbəti yoldaşlıq oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv Özbəkistanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib.

Qarşılaşma millimizin 0:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, U-19 daha əvvəl bu rəqibə 0:3 hesabı ilə yenilib.