"Araz-Naxçıvan" "Səbail"in qarşısına itkilərlə çıxacaq

27.09.2024 14:54 226
Ölkə futbolu
“Araz-Naxçıvan” Misli premyer-liqasının 8-ci turunun “Səbail”lə görüşünə iki itki ilə çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Elmar Baxşıyev cəzalı duruma düşən Ömər Buludov, eləcə də zədəli olan braziliyalı yarımmüdafiəçi Karlos Jatobanın xidmətindən istifadə edə bilməyəcək. Sonuncu avqustun sonunda əməliyyat olunub və yalnız qış fasiləsindən sonra meydanlara qayıdacaq. “Səbail”də isə heyətlə bağlı itki yoxdu.

“Araz-Naxçıvan” – “Səbail” matçı bu gün Sumqayıtdakı “Kapital Bank Arena” stadionunda keçiriləcək və saat 19.00-da başlayacaq.