“Kəpəz” “Səbail”lə oyuna itki ilə çıxacaq

1.04.2023 14:54 276
Premyer-liqa
“Kəpəz” bu gün Misli premyer-liqasının 28-ci turu çərçivəsində “Səbail”lə oyuna itki ilə çıxacaq.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi Zamiq Əliyev zədəli olduğu üçün komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, “Kəpəz” – “Səbail” matçı saat 15.30-da start götürəcək.