“Qarabağ” açıqlama yaydı

26.09.2024 23:30 147
Avropa Liqası
Avropa Liqasının liqa mərhələsinin “Tottenhem” – “Qarabağ” oyununun vaxtı dəyişdirilib.

"Football-plus.az" xəbər verir ki, bu haqda “Qarabağ”ın yaydığı açıqlamada bildirilib.

Matçın keçiriləcəyi Londonda yaranan böyük tıxac komandanın qarşılaşmanın baş tutacağı “Tottenhem Hotspur” stadionuna planlaşdırılan vaxtda çata bilməsinə mane olub.

Buna görə də UEFA nümayəndələri görüşün Bakı vaxtı ilə 23.00 deyil, 23.35-də start götürməsinə qərar veriblər.