Lina Suluku “Roma”nın baş direktoru postunu tərk edib. O, yerli azarkeşlərdən qorxduğu üçün istefaya yollanıb.
Xanım funksioner azarkeşlər tərəfindən daim tənqid olunduğuna görə vəzifəsini tərk edib. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Bilindiyi kimi, bir neçə gün əvvəl komandanın baş məşqçisi Daniele De Rossi istefaya göndərilib. “Roma”nın azarkeşləri Sulukunu bu qərarına görə bir neçə gündü kəskin tənqid edir, ona qarşı aksiyalar keçirirdilər. Azarkeşlərin qəzəbinə tuş gələn Sulukunun şantaj edildiyi də məlum idi.
Xatırladaq ki, De Rossi “Roma”nın baş məşqçisi vəzifəsinə bu il yanvarın 16-da istefaya göndərilən portuqaliyalı Joze Mourinyonun yerinə təyin olunmuşdu. Komanda A seriyasında ötən mövsümü 6-cı yerdə başa vuraraq Avropa Liqasına vəsiqə qazanıb.