PFL Bilik Gününə həsr olunmuş sosial layihə həyata keçirdi

16.09.2024 14:12 117
Ölkə futbolu
Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə Bilik Gününə həsr olunmuş sosial layihə həyata keçirilib.

"Football-plus.az" xəbər verir ki, Misli premyer-liqasının 6-cı turunun “Zirə” – “Neftçi” və “Sabah” – “Turan Tovuz” qarşılaşmalarından öncə futbolçular meydana bu il ilk dəfə məktəbə gedəcək uşaqlarla çıxıblar.

Əyinlərində məktəbli forması, çantası, əllərində Azərbaycan bayraqları olan gələcək məktəblilər xoş görüntü yaradıb, uzun illər unutmayacaqları anlar yaşayıblar. Daha sonra Azərbaycan Himni səsləndirilib.

Ardınca uşaqlar tribunaya qalxaraq valideynləri ilə birgə matçı izləyiblər.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul