Üç gənc cüdoçumuz Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
"Football-plus.az" xəbər verir ki, bunlar Nizami İmranov (60 kq), Könül Əliyeva (52 kq) və Fidan Əlizadədi (57 kq).
Fidan Mirzəyeva (48), Xədicə Qədəşova (52 kq) və Fida Qasımova (57 kq) yarışı medalsız başa vurublar.
Qeyd edək ki, Avropa çempionatı sentyabrın 8-də başa çatacaq.