Fransanı tərk edib İspaniyaya yollandı

27.08.2024 15:36 364
Dünya futbolu
“Marsel”in qapıçısı Pau Lopes Fransanı tərk edib.

29 yaşlı qolkiperin “Jirona” ilə bağladığı icarə müqavilənin müddəti 2024/25 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Karyerası ərzində “Espanyol”, “Betis”, “Tottenhem” və “Roma”da çıxış etmiş Lopes ötən mövsüm Fransa çempionatında keçirdiyi 33 oyunda 39 qol buraxıb, 8 matçda isə qapısını toxunulmaz saxlayıb.