Kriştiano Ronaldo rekordları yeniləməyə davam edir. O, bu dəfə yaşıl meydandan kənardakı məhsuldar fəaliyyəti ilə gündəmi zəbt edib.
“Əl-Nəssr”in və Portuqaliya yığmasının hücumçusunun şəxsi “youtube” kanalında rekord qeydə alınıb. ESPN-in yaydığı məlumata əsasən, kanal 1 milyon abunəçini qazanmaq üçün sərf etdiyi vaxt baxımından ən sürətli olmasıyla platformanın tarixinə düşüb. Ronaldonun “youtube” kanalı 1 milyon izləyici sayına 90 dəqiqə ərzində çatıb.
Kanal yaradıldığı elan edildiyi andan sonrakı 2 saat ərzində 2 milyondan çox abunəçi qazanıb və ümumilikdə 17 saat ərzində 14 milyondan çox abunəçi toplayıb. 39 yaşlı Kriştiano artıq “youtube”dan qızıl düymə alıb.