"Araz-Naxçıvan"dan ayrıldı, Hindistana getdi

21.08.2024 15:14 313
Dünya futbolu
Bu yay “Araz-Naxçıvan”dan ayrılan Mohammed Kadirinin yeni klubu bəlli olub.

"Football-plus.az" xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Hindistanda çıxış edəcək.

Qanalı futbolçu “Mohammedan”a keçib. Kadiri 1-ci liqa klubu ilə bir illik müqavilə imzalayıb.

Qeyd edək ki, Mohammed Kadiri 2023-2024 mövsümündə "Araz-Naxçıvan"da çıxış edib.