Bu yay Çiro İmmobile və Rafa Silva kimi ulduzları heyətinə qatan ''Beşiktaş'' ''Yuventus''a lazım olmayan və transferə çıxarılan Federiko Kyezaya da maraq göstərirmiş. Amma belə görünür, Turin nəhənginin böyük pullar tələb etməsi üzündən ''Qartal'' bu keçidi rəsmiləşdirə bilməyəcək.
Bunu İstanbul nəhənginin ikinci başqanı Hüseyin Yücəl ''TRT Spor''a açıqlamasında bildirib:
''Son günlər bizim Kyezaya maraq göstərməyimiz barədə mətbuatda çox xəbərlər dolaşdı. Bəli, son 10 gündə həqiqətən də Kyeza ciddi maraq dairəmizdə idi. Bu günə qədər bütün transferlərimizi şəffaf şəkildə həyata keçirmişik. Ona görə də rəqəmləri açıqlamaqda bir qəbahət görmürəm. Kyeza bizdən illik 9 milyon avro maaş, ''Yuventus'' isə 15 milyon avro təzminat tələb etdi. Bizdən başqa daha 6 klub Kyeza ilə danışıqlar aparır. Biz öz tərəfimizdən təklifi irəli sürdük. Amma onların tələbi çox da rasional deyil. Bu tələbi qarşılamaq bizim üçün real görsənmir. Bəzən belə məqamlarda klublar səhvlərə yol verir. Biz səhv eləməmək üçün məsələyə həssas yanaşırıq. ''Beşiktaş''ın mənfəətləri hər bir futbolçunun adından üstündü. Ona görə də bu gün etibarilə Kyeza artıq gündəmimizdən çıxıb''.
ƏLİ