Braziliyalı futbolçu ilə bağlı yekun açıqlama

13.08.2024 17:53 325
Dünya futbolu
Kazemironun “Mançester Yunayted”dəki aqibəti müəyyənləşib.

Braziliyalı futbolçu ilə bağlı yekun açıqlamanı baş məşqçi Erik ten Haq verib. O, 32 yaşlı yarımmüdafiəçinin komandada qalacağını “onun klubdan ayrılacağına dair heç bir əlamət görmürəm və biz buna çox şadıq” deməklə təsdiqləyib. Son həftələr mətbuatda Səudiyyə Ərəbistanı klublarının braziliyalı futbolçu ilə maraqlandığı yazılmışdı.

Kazemiro ötən mövsüm bütün turnirlərdə 32 matçda iştirak edib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul