“Football-plus.az” xəbər verir ki, nominal meydan sahiblərini tribunadan dəstəkləyən azarkeşlər olsa da, onların hansı fanklubu təmsil etdiyi bəlli deyildi. “Qırmızı-ağlar”ı əvvəlki oyunlarda dəstəkləyən əsas fanklub “Sektor-85” idi. Fəqət oyunda banner görmədik. Məsələni dəqiqləşdirmək üçün “Sektor-85”in rəhbəri Əhməd Manafovla danışdıq:
“Sektor-85” tribunada idi. Sadəcə, bannerimizi gətirən yoldaş aramızda deyildi. O da işdə olduğu üçün gələ bilmədi. Hər oyunda yerimizdəyik”.
Xatırladaq ki, bu oyun Muxtar Respublika təmsilçisinin 1:4 hesablı məğlubiyyətiylə yekunlaşıb.
KAMAL SƏFƏR






