“Xeyr, bu təkcə “Qarabağ”la bağlı olan məsələ deyil” - “Sektor 85”in rəhbəri

30.05.2024 17:11 198
Premyer-liqa / Manşet
Son turunda “Qarabağ”la üz-üzə gələn “Araz-Naxçıvan” meydandan 1 xalla ayrılmağı bacardı.

“Araz-Naxçıvan”ın “Sektor 85” fanklubu da tribunada idi. Özü də yetərincə geniş tərkibdə. Bu üzdən “Sektor-85”in rəhbəri Əhməd Manafovla əlaqə saxladıq:
“Xeyr, bu təkcə “Qarabağ”la bağlı olan məsələ deyil. Sadəcə, nə qədər üzvümüz toplandısa, o qədər də gəldik. Sadəcə, elə oyunlar olur ki, qrup üzvlərinin işi olur, çoxu tələbədi. Bəzən də vaxta görə iştirak edə bilmirlər”.


KAMAL SƏFƏR