• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Beşiktaş” superkuboku super oyunla qazandı - İCMAL

Dünya futbolu

6-08-2024, 22:0

Ötən şənbə günü Türkiyə superkuboku uğrunda görüşdə superliqanın son çempionu “Qalatasaray”la kubokun son qalibi “Beşiktaş” üz-üzə gəldi.

“Football-plus.az” xəbər verir ki, böyük futbol üçün darıxan hər iki İstanbul nəhənginin fanatları “Atatürk Olimpiya”da çox gözəl atmosfer yaratmışdılar. Hər iki komanda meydana, demək olar, ideal heyətlə çıxmışdı. Okan Buruk ənənəvi heyətdən yalnız Kərəm Dəmirbayla Barış Alpər Yılmazı ehtiyatda saxlamışdı ki, onlar da zatən ikinci yarıda oyuna qoşuldular. Görüş “sarı-qırmızılar” üçün çox şanssız başladı. Svensson topu adi şəkildə irəli vurarkən bunun məhsuldar ötürməyə çevriləcəyini heç özü də gözləmirdi. Çünki Nelssonun kobud səhvindən sonra top İmmobilenin önünə düşdü və “Beşiktaş”ın yeni transferi ilk rəsmi oyunda artıq 21-ci saniyədə qol vurdu! “Qalatasaray”ın 13 və 14-cü dəqiqələrdə İkardi və Kərəm Aktürkoğlu ilə vurduğu qollar ofsayd üzündən qeydə alınmadı. “Sarı-qırmızılar”ın ilk yarıda ən real fürsətini Ziyeş boşa verdi. “Qartal”ın yeni transferləri Rafa Silva ilə İmmobile ilk yarıda olduğu kimi, ikinci yarıda da rəqib müdafiəçilərə çətin anlar yaşatdılar.

“Beşiktaş” ikinci hissəyə də erkən qolla başladı. Sağ cinahdan qurulan hücum zamanı Svensson qarşısına düşən topu bir toxunuşla toru göndərdi. Bu qol “Qalatasaray”ı psixoloji cəhətdən sındırdı. Komanda sanki geri dönə biləcəyinə artıq özü də inanmırdı. Batşuayi başda olmaqla ikinci yarıda meydana çıxanlar da komandanın oyununu gücləndirə bilmədilər. Əla müdafiə olunan “Beşiktaş” oyunun sonlarına yaxın prinsipial rəqibini nokauta göndərdi. Əbdülkərimin Fernandeşə qarşı kobudluğuna görə təyin olunan penaltini İmmobile dəqiq yerinə yetirdi. Oyunun ən zəiflərindən olan Nelssonun sona 3 dəqiqə qalmış “son ümid folu”na görə qırmızı vərəqə almasının ardından “Qalatasaray” pərən-pərən düşdü. Əsas vaxta əlavə olunmuş 1-ci dəqiqədə Rafa Silva, 2-ci dəqiqədə isə gənc forvard Mustafa Həkimoğlu hesabı biabırçı həddə çatdırdı. İmmobile oyunun ən yaxşısı seçildiyi halda İkardi oyunu cəmi 6 dəqiq ötürmə ilə tamamladı ki, bunlardan da 5-i (!!!) hər buraxılan qoldan sonra mərkəzdən başladığı epizodlara təsadüf etdi.

Beləliklə, “Beşiktaş” tarixi qələbə ilə “Qalatasaray”ı göydən yerə endirdi və yeni mövsüm üçün çempionluq mübarizəsində ciddi bir rəqib olacağını göstərdi.

Qalatasaray – Beşiktaş 0:5
İmmobile, 1; 81-p. Svensson, 53. Rafa Silva, 90+1. Mustafa Həkimoğlu, 90+2.
Qalatasaray: Muslera Kaan Ayhan, Nelsson, Əbdülkərim Bardakcı, Kön, Torreyra (Zaha, 75), Berkan Kutlu (Kərəm Dəmirbay, 60), Ziyeş (Yunus Akgün, 60), Mertens (Batşuayi, 46), Kərəm Aktürkoğlu (Barış Alpər Yılmaz, 46), İkardi.
Beşiktaş: Mərt Günok, Svensson, Paulista, Kolli, Masuaku, Fernandeş (Salih Uçan, 90), Əl-Musrati, Raşitsa (Onur Bulut, 86), Rafa Silva, Semih Kılıçsoy (Onana, 68), İmmobile (Mustafa Həkimoğlu, 85).

Faktlar
* “Beşiktaş” “Qalatasaray”a qarşı superkubokda 9-cu oyununu keçirdi və 4-cü qələbəsini qazandı (5 məğlubiyyət).
* “Beşiktaş” 84 ildən sonra “Qalatasaray”a qarşı ən böyükhesablı qələbəsini təkrarladı. “Ağ-qaralar” daha öncə bu rəqibi 1933-cü ilin martın 17-də və 1940-cı ildə dekabrın 29-da 5:0 hesabı ilə məğlub etmişdilər.
* “Beşiktaş” tarixində 10-cu dəfə ölkə superkubokunu qazanaraq bu göstəricidə ikinci pillədə qərarlaşan “Trabzonspor”a çatdı. Lider isə superkuboku 17 dəfə qazanan “Qalatasaray”dı.
* “Beşiktaş” Türkiyə superkubokunda 5 qol vuran və 5 top fərqi ilə qalib gələn ilk komanda kimi tarixə düşdü. Buna qədər rekord 2022-ci ildə “Sivasspor”u 4:0 məğlub edən “Trabzonspor”a məxsus idi.
* “Qalatasaray” Okan Burukun dönəmində 98-ci rəsmi oyununu keçirdi və ən böyükhesablı məğlubiyyətlə üzləşdi. Komanda bu 98 oyundan 75 qələbə, 10 heç-heçə, 13 məğlubiyyətlə ayrılıb. İstanbul nəhəngi buna qədər Burukun dönəmində ən böyükhesablı məğlubiyyətini ötən mövsüm Avropa Liqasında səfərdə “Sparta” ilə oyunda (1:4) yaşamışdı.
* “Qalatasaray” 1697 gündən sonra 0:5 hesablı məğlubiyyətə düçar oldu. “Cim-Bom” bu hesabla sonuncu dəfə 2019-cu ilin dekabrın 11-də Çempionlar Liqasının qrup mərhələsində səfərdə PSJ-yə uduzmuşdu.
* “Beşiktaş” rəsmi oyunda Fernando Musleraya ən azı 5 qol vuran 5-ci komanda oldu. Daha öncə uruqvaylı əlcək sahibi avrokuboklarda iki dəfə “Real”dan 6 qol, eləcə də PSV ilə PSJ-nin hərəsindən bir dəfə 5 top buraxmışdı. Muslera daha bir dəfə 2017-ci ilin noyabrında superliqa çərçivəsində “İstanbul BŞ”dən 5 top buraxmışdı.
* İmmobile 21-ci saniyədə fərqlənməklə superkubok tarixinin ən erkən qolunu vurdu. Əvvəlki rekord bu ilin aprelində “Fənərbaxça”nın U-19 komandasının 51-ci saniyədə qol vuran “Qalatasaray”lı İkardiyə məxsus idi.
* İmmobile son 38 ildə superkubokda iki qol vuran ilk “Beşiktaş”lı futbolçu oldu. Sonuncu dəfə bunu 1990-cı ildə “Fənərbaxça”ilə oyunda (2:3) Mətin Təkin bacarmışdı.
* Mustafa Həkimoğlu 17 yaş 103 günlüyündə fərqlənərək “Beşiktaş” tarixində Batuhan Karadənizdən sonra (16 yaş 123 gün) qol vuran ən gənc ikinci futbolçu oldu.

Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:

“Belə məğlubiyyət gözləmirdik. “Beşiktaş”ı təbrik edirəm. Layiqli qələbə qazandılar. Zatən oyundan sonra da bizə yaraşan şəkildə davranaraq onları təbrik etdik. İlk yarıda sayılmayan qollarımız oldu. İlk hissədə daha yaxşı təsir bağışladıq. 2-ci qolu buraxandan sonra psixoloji cəhətdən çökdük. Çoxlu səhvə yol verməyə başladıq. Sonradan meydana çıxanlar da yaxşı təsir bağışlamadılar. Bu gün mən də daxil olmaqla heç birimizin performansı istənilən səviyyədə olmadı. Məsuliyyət mənim üzərimdədi. Oyunçularla dərhal söhbət etdim. Mövsümün əvvəlində belə acı məğlubiyyətdən dərslər çıxarmalıyıq. Superliqada mövsüm başlamaq üzrədi. Durumumuzu yenidən gözdən keçirməliyik. Bəzən yüksəkdə çox qaldıqda oranın havasına alışmağa başlayırsan. Daha yaxşısını etməliyik. Fiziki cəhətdən də hazır görüntü vermədik. Amma biz güclü komandayıq. Ayağa qalxmağı bacaracağıq. Çempionluğa əvvəlki kimi əsas namizədik. Həm də şanssız qollar buraxdıq. Az qala onların hər təhlükəli hücumu qolla nəticələndi. Bəhanə kimi səslənməsin, amma bu stadionu sevmirəm. Burda futbol oynanılmasına qarşıyam. Futbola zidd stadiondu. Gördüyüm ən pis stadionlardan biridi”.

Covanni van Bronxorst, “Beşiktaş”ın baş məşqçisi:
“Komandamla qürur duyuram. Final olduqda hər iki komanda meydana qələbə üçün çıxır. Bu gün qazanan tərəf biz olduq. “Beşiktaş” camiəsi üçün bu oyundan gözəl xatirələr buraxdıq. Hər şey çox çalışmaqdan başlayır. Oyunçularım məşqlərdə əla çalışdılar. Hər kəs sistemin bir parçası oldu. İmmobile əlinə düşəcək fürsəti gözləyirdi. Həmin fürsəti dərhal dəyərləndirdi. Oyuna bundan gözəl şəkildə başlaya bilməzdik. 5:0 futbolda hər gün rast gəlinən nəticə deyil. Mənim üçün çox qürurlu və özəl bir gecə oldu. Bundan böyük qürur duya bilməzdim. Amma qələbənin dadını çıxardıqdan sonra superliqaya hazırlaşacağıq. Orda da mövsümə yaxşı başlamaq istəyirik. Ötən mövsümkü fərqin təkrarlanmasına imkan verməməliyik. Sona qədər çempionluq yarışında olmaq istəyirik. Mustafa Həkimoğlunu parlaq gələcək gözləyir. O, gənc yaşına rəğmən, ağıllı oyunu və fiziki cəhətdən güclü olması ilə dərhal diqqətimi çəkdi. Semih Kılıçsoy və Mustafa kimi iki gənc istedada sahib olduğumuz üçün sevincliyəm”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

15-03-2022, 19:0

"Qalatasaray'' 1962-dən bu yana ilk dəfə…

Dünya futbolu

31-08-2023, 23:0

Okan Buruk daha bir rekord müəyyənləşdirdi - REPORTAJ

Dünya futbolu

6-08-2024, 15:0

İmmobile İkardinin rekordunu yenilədi

Dünya futbolu / Manşet

1-08-2024, 00:0

''Beşiktaş'' superkubok öncəsi qalib gəldi

Reportaj

27-07-2023, 17:0

“Qalatasaray”ın yeni ÇL macərası bərabərliklə başladı - REPORTAJ

Dünya futbolu / Manşet

22-03-2024, 22:0

Türkiyə çempionatının ən dəyərli 10 futbolçusu açıqlandı

Aktual
“Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
“Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
“Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
“Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
“Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
Son xəbərlər
  • Bu gün, 01:00
    Meksika inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:48
    AFFA klublara lisenziyaları təqdim etdi
  • Dünən, 23:17
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:48
    Qurban Qurbanov azarkeşin arzusunu həyata keçirdi
  • Dünən, 22:18
    Amin Seydiyev "Zirə"də
  • Dünən, 21:47
    “Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
  • Dünən, 21:35
    Romadan Milana üz tuta bilər
  • Dünən, 21:04
    "Şahdağ Qusar" qapıçısıyla anlaşdı
  • Dünən, 20:53
    “Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
  • Dünən, 20:22
    Daha bir legioner "Karvan-Yevlax"dan ayrıldı
  • Dünən, 19:51
    Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
  • Dünən, 19:21
    "Sabah" "Lill"dən vinger transfer etdi
  • Dünən, 18:50
    “Qarabağ”ın İdarə Heyətinin növbəti iclası keçirildi
  • Dünən, 18:27
    U-17 və U-19 millilərimizin rəqibləri məlum oldu
  • Dünən, 17:56
    “Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
  • Dünən, 17:26
    "Şamaxı" Sənanı yenə icarəyə götürdü
  • Dünən, 16:55
    Ndidi ''Beşiktaş''ın portuqaliyalılarını təriflədi
  • Dünən, 16:24
    "Şəfa" yeni loqosunu təqdim etdi
  • Dünən, 15:53
    İctimai Televiziyadan DÇ-2026 ilə bağlı açıqlama
  • Dünən, 15:32
    "Karvan-Yevlax" Eminlə vidalaşdı
  • Dünən, 15:11
    Xəyal Əliyev əməliyyat olundu
  • Dünən, 14:40
    FİFA reytinqi açıqlandı - millimiz geriləyib
  • Dünən, 14:19
    “Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
  • Dünən, 13:58
    “Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
  • Dünən, 13:27
    “Baku Sportinq” yeni baş məşqçisini açıqladı
  • Dünən, 12:56
    Bikalyo daha üç il "Qarabağ"da
  • Dünən, 12:25
    “Zirə” beş futbolçu ilə müqavilə müddətini uzatdı
  • Dünən, 11:54
    Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
  • Dünən, 11:23
    ''Qalatasaray''da Oliver Kan sürprizi
  • Dünən, 10:52
    Emin Rüstəmov "Şamaxı"da
  • Dünən, 10:31
    Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
  • Dünən, 10:00
    “Qarabağ” daha bir beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 08:53
    "Turan Tovuz" Ozobiçlə vidalaşdı
  • 10-06-2026, 23:0
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • 10-06-2026, 22:0
    "Şəfa"da daha üç ayrılıq
Daha çox
Oxunub: 728
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 494
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 258
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 202
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 199
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə