“Yəqin ki, İlqar Nadiri “Gəncəbasar”da həmin səhvlərə yol verməz” – Vidadi Rzayev

27.08.2026 10:30 26
Ölkə futbolu / Aktual
Məlum olduğu kimi, Gəncə ölkə futbolunun peşəkar liqalarında artıq iki komanda ilə təmsil olunacaq. Belə ki, “Kəpəz” premyer-liqada, “Gəncəbasar” isə 1-ci liqadadı.

Bəs, iki klubun varlığı Gəncə futboluna nə vəd edir? Bizi gərgin qarşıdurma, yoxsa dostluq münasibətləri ilə ümumi inkişafa töhfə verməyə çalışacaq kollektivlərin işbirliyi gözləyir?

Bu suallarla gəncəli futbol veteranı Vidadi Rzayevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Hər iki komandaya uğurlar arzulayıram. Hələ bizi nələrin gözlədiyini bilmirik. Ümid edirəm ki, xeyirli olar. İlqar Nadiri “Kəpəz”də çalışanda onu çox tənqid etmişik. Yəqin ki, “Gəncəbasar”da həmin səhvlərə yol verməz. Düzü, indidən hansısa intriqadan danışmaq çətindi. 1-ci liqada “Şahdağ Qusar”, MOİK, “Səbail”, “Karvan-Yevlax” kimi çox güclü, təcrübəli komandalar var. Onlar da premyer-liqaya vəsiqə qazanmaq istəyirlər. Bu səbəbdən “Gəncəbasar”ın 1-ci liqada yüksək sıralarda qərarlaşması çox çətin görünür. Bununla belə, bu gün təkcə aşağı liqa təmsilçiləri yox, bir çox elita klubu da maliyyə problemlərindən əziyyət çəkir. Stadionları yoxdu, əsasən icarəyə götürürlər. Belə vəziyyətdə klub almaqda məqsədin nə olduğunu bilmirəm. İstənilən halda, xeyirli olsun. Görək nə edəcəklər…”

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul