“Football-plus.az” xəbər verir ki, səfərdə İsrail təmsilçisi üzərində 3:0 hesablı qələbə qazanan “bayquşlar” cütün favoritidi. Baxmayaraq ki, ilk oyundan öncə proqnozlar tam fərqliydi. Bakıda keçiriləcək qarşılaşma ilə bağlı müəyyən fikirlər dolaşmaqdadı. Belə ki, sosial şəbəkələrdə bəzi azarkeşlərin stadiona Fələstin bayrağıyla gəlmək istəyi ilə bağlı mesajlar yer alıb. Bu məsələ ilə bağlı “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla danışmışdıq. Bəs klubun əsas fanklubu olan “Soldati di Sabah” nə düşünür? Fanklubun rəhbəri Ağaxan Abdullayevlə danışdıq:
“Soldati”də belə hallar baş verə bilməz və olmayacaq da. Yeganə məqsədimiz komadaya dəstək olmaqdı”.
KAMAL SƏFƏR





