“Qəbələ”nin yoxlama matçı keçirəcəyi ilk rəqib

25.07.2024 10:55 321
Ölkə futbolu
“Qəbələ”nin yoxlama matçı keçirəcəyi ilk rəqib müəyyənləşib.

“Football-plus.az” xəbər verir ki, komanda Qəbələdə təlim-məşq toplanışında olan Küveytin “Əl-Yarmuk” klubu ilə qüvvəsini sınayacaq. Görüş iyulun 31-də keçiriləcək.

Qeyd edək ki, “Qəbələ” bu gün təlim-məşq toplanışına start verəcək. Hazırlıq prosesi Qəbələ şəhər stadionunda gerçəkləşəcək.