“Football-plus.az” xəbər verir ki, “Neftçi”nin yetirməsi olan qapıçı Yevlax təmsilçisiylə birillik müqavilə imzalayıb. 25 yaşlı qolkiperin elita klubundan ayrılandan sonra aşağı liqa təmsilçisinə keçməsi maraq doğurdu. Futbolçuyla əlaqə saxlayıb, “Karvan”a keçidi barədə təəssüratını öyrəndik:
“Kəpəz”də çıxış etdiyim vaxt mənə bildirdilər ki, növbəti mövsümdə də komandadasan. Bu üzdən rahat oturdum və gözlədim. Amma təlim-məşq toplanışı başlayanda baş məşqçi Adil Şükürov özümə yeni komanda tapmağı məsləhət gördü. Həmin vaxt da seçim etmək şansım azaldı. Belədə məni istəyən komandalar var idi. Sadəcə, çempionluğa iddialı olduğuna görə “Karvan”ı seçdim”.
KAMAL SƏFƏR






