Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Qaradağ Lökbatan” daha iki futbolçu ilə razılaşıb.
“Football-plus.az”ın əldə etdiyi məlumata görə, “Karvan”dan ayrılan Ceyhun Muxtarlı və Rövşən Şahmuradov Azər Həşimovun komandasına qoşulub. Hər iki futbolçuyla birillik müqavilə imzalanması planlaşdırılır.
Qeyd edək ki, “Qaradağ Lökbatan” indiyə qədər, sadəcə, Asif Məmmədovu heyətinə qatıb.
KƏNAN BAHADIR