“Qarabağ” ulduz futbolçusuna göndərilən milyon avroluq təklifi rədd edib

22.07.2024 11:55 3 712
Ölkə futbolu / Manşet
Qış fasiləsindən bəri “Qarabağ”ın ulduzu Julio Romaonu sıralarına qatmaq istəyən “Ferentsvaroş”un arzusu gözündə qalıb.

“Football-plus.az” ulloi129.hu saytına istinadla xəbər verir ki, “Ferentsvaroş” mayda ikinci dəfə Julio Romao üçün "Qarabağ"a təklif göndərib. Artıq tərəflər qışda danışıqlar masası arxasına oturub və razılaşmağa çox yaxın olub. Lakin o zaman da transfer həyata keçirilməyib. Yay transfer dönəmində isə Macarıstan təmsilçisi yenidən Romao üçün hərəkətə keçib. Onlar bu dəfə 26 yaşlı futbolçu üçün Ağdam təmsilçisinə bir milyon avroluq müqavilə təklif edib. Bu məbləğ “Qarabağ” tərəfindən rədd edilib və o vaxtdan bəri tərəflər arasında heç bir əlaqə olmayıb.

Xatırladaq ki, 2022-ci ildən “köhlən atlar”ın şərəfini qoruyan portuqaliyalı yarımmüdafiəçinin klubla müqaviləsi 2026-cı ilin yayına qədərdi.

KAMAL SƏFƏR