Bu haqda Danimarka Futbol Federasiyasının saytı məlumat yayıb. Danimarka millisi AÇ-2024-ün qrup mərhələsini dəf etsə də, 1/8 finalda meydan sahibi Almaniyaya uduzaraq (0:2) evə qayıtmışdı. Federasiyanın məlumatında milli komandanı ilin sonuna qədər müvəqqəti olaraq Yulmannın köməkçisi Morten Viqhorstun çalışdıracağı da bildirilib:
“Almaniyada keçirilən Avropa çempionatından sonra Kasper Yulmann və Danimarka Futbol Federasiyasının direktoru Peter Möller komandanın turnirdəki çıxışını müzakirə edib və gələcəklə bağlı danışıqlar aparıblar. Nəticədə Yulmann komandanın yeni enerjiyə ehtiyacı olduğu qənaətinə gəlib. Beləliklə, ümumi nəticəyə görə, dəyişiklik vaxtı çatıb və yığmada yeni məşqçiyə ehtiyac var”.




