С qrupu
N 17. Danimarka – İngiltərə 1:1 (1:1)
1. Kasper Şmeyhel (k)
3. Yannik Vesterqor
6. Andreas Kristensen
2. Yoahim Andersen
17. Viktor Kristiansen
(18. Aleksander Ba, 57)
23. Pyer-Emil Höybyerq
21. Morten Yulmann
(15. Kristian Nerqor, 82)
5. Yoakim Mehle
10. Kristian Eriksen
(11. Andreas Skov Olsen, 82)
19. Yonas Vind
(14. Mikkel Damsqor, 57)
9. Rasmus Hoylunn
(20. Yussuf Poulsen, 67)
Ehtiyat oyunçular
16. Mads Hermansen
22. Frederik Rennov
4. Simon Kyaer
7. Matias Yensen
12. Kasper Dolberq
13. Matias Yorgensen
24. Anders Dreyer
25. Rasmus Kristensen
26. Yakob Brun Larsen
Baş məşqçi: Kasper Yulmann
1. Cordan Pikford
12. Kiran Trippyer
6. Mark Qehi
5. Con Stounz
2. Kayl Uoker
4. Deklan Rays
8. Trent Aleksander-Arnold
(16. Konor Qallaher, 54)
11. Filip Foden
(20. Carrod Bouen, 69)
10. Cud Bellingem
7. Bukayo Saka
(21. Ebereçi Eze, 70)
9. Harri Keyn (k)
(19. Olli Uotkins, 69)
Ehtiyat oyunçular
13. Aaron Ramsdeyl
23. Din Henderson
14. Ezri Konsa
15. Lüis Dank
17. Ayven Touni
18. Entoni Qordon
22. Co Qomes
24. Koul Palmer
25. Adam Uorton
26. Kobbi Maynu
Baş məşqçi: Qaret Sautqeyt
Qollar: H.Keyn, 18 (0:1). M.Yulmann, 34 (1:1).
Vərəqələr: Y.Vesterqor, 27. K.Qallaher, 62. Y.Mehle, 73. K.Nerqor, 87 - sarı.
Hakimlər: ARTUR SOAREŞ DİAŞ, Paulo Soareş, Pedro Ribeyro (hamısı Portuqaliya).
VAR hakimləri: Tyaqo Martinş (Portuqaliya), Alexandro Xose Ernandes Ernandes, Xuan Martines Munuera (hər ikisi İspaniya).
20 iyun. Frankfurt. “Frankfurt Arena” stadionu. 46177 tamaşaçı (47000 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun ən yaxşısı: Pyer-Emil Höybyerq.
oyunun statistikası
16 (7) qapıya (“çərçivə”yə) zərbə 11 (4)
13 qayda pozuntusu 5
4 künc zərbəsi 2
4 ofsayd 0
3 (0) sarı (qırmızı) vərəqə 1 (0)
46 topa sahibolma (faizlə) 54
546 (482) ötürmə (dəqiq) 541 (470)
110,3 məsafə (km) 110,4
İngiltərə millisi ötən böyük turnirlərdə olduğu kimi, AÇ-2024-də də ilk oyununu keçirən kimi ciddi tənqidlərə məruz qaldı. Təbii ki, bu, Sautqeytin ənənəsinə sadiq qalıb ehtiyatlı futbola üstünlük verməsi ilə bağlıdı. “Üç şir” ilk turda Serbiyaya qalib gəlsə də, komandanın oyunu azarkeşlərini razı salmadı. Amma istənilən hesablı qələbə baş məşqçiyə tənqidçilərinə cavab verməyə imkan yaradırdısa, yığmanın bu dəfə büdrəməsi hətta İngiltərə futbolunun əfsanələrini də özündən çıxardı.
Sautqeyt Serbiya ilə oyundan sonra “qalib heyəti dəyişməzlər” prinsipinə sadiq qaldı. Əslində hər şey britaniyalılar üçün yaxşı başladı. Hətta 18-ci dəqiqədə Keyn yaxın məsafədən toru silkələdi. O, həm Avropa, həm də dünya çempionatında 5 qol həddinə çatan ilk ingiltərəli kimi tarixə düşdü. Hücumçu həmçinin Ouen və Runidən sonra millisinin heyətində 4 böyük turnirdə rəqib qapısına yol tapan 3-cü futbolçu oldu. Keyn cari mövsüm keçirdiyi 54 matçda 50-ci qolunu vurdu. Amma Danimarka millisi görüşün qalan hissəsində rəqibindən geri qalmadı. Skandinaviyalılar fasiləyə kimi hesabı bərabərləşdirdi: Yulmann baxımlı qola imza atdı. İkinci yarıda İngiltərənin fərqlənmək üçün bir, Danirmakanın isə bir neçə real şansı olsa da, hesab dəyişmədi.
Matçdan sonra Sautqeytin komandası tənqid atəşinə tuş gəldi. Yığmanın əfsanəsi sayılan Lineker görüşün ardından bunları söylədi: