• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Mən yox, Türkiyə futbolu qalib gəldi” - 44-cü prezident

Dünya futbolu

20-07-2024, 20:0

İyulun 18-də Türkiyə Futbol Federasiyasında növbədənkənar prezident seçkisi keçirildi.

Xatırladaq ki, budəfəki seçkidə əvvəlcə 4 namizəd olsa da, sonradan onların sayı ikiyə endi. Çünki İsmayıl Uyanık və Sərvət Yardımcı sürpriz şəkildə seçkiyə bir həftə qalmış namizədliyini geri götürdü. Xüsusilə də uzun illər UEFA-nın İcraiyyə Komitəsinin üzvü olan Yardımcının geri çəkilməsində ölkə prezidenti Rəcəp Tayyib Ərdoğanın “barmağı olduğu” iddia edildi. Belədə ortada iki namizəd – Mehmet Büyükekşi ilə İbrahim Hacıosmanoğlu qaldı.

"Football-plus.az"ın məlumatına görə, son hadisələrin ardından Büyükekşinin favorit sayıldığı seçkidə qalib gələcəyi və vəzifəsini qoruyacağı güman olunurdu. Amma Hacıosmanoğlu bütün proqnozları alt-üst etdi. Ankarada yerləşən “Mariott Otel”də baş tutan seçkidə Hacıosmanoğlu 134, Büyükekşi sə 129 səs topladı. Yəni favorit sayılan Büyükekşi rəqibinə cəmi 5 səslik fərqlə məğlub oldu.

Beləliklə, 58 yaşlı Hacıosmanoğlu TFF-nin 44-cü prezidenti seçildi. Qeyd edək ki, Büyükekşi bu vəzifəyə 2022-ci ildə gəlmişdi. Əslində Türkiyəyə Çempionlar Liqasının finalını, eləcə də AÇ-2032-nin final mərhələsini bəxş edən, üstəlik “ay-ulduzlular”ın AÇ-2024-dəki uğurlu çıxışı ilə əli-qolu güclənən Büyükekşi işinin öhdəsindən heç də pis gəlmirdi. Amma o, Türkiyə futbolunun qanayan yarası – hakimlik problemini heç cür yoluna qoya bilmədi. Üstəlik ötən ilin sonunda Səudiyyə Ərəbistanında “Fənərbaxça” ilə “Qalatasaray” arasında keçirilməli olan superkubok matçının Atatürk qalmaqalı üzündən baş tutmaması da Büyükekşinin nüfuzuna ciddi zərbə vurdu.

Qeyri-rəsmi mənbələrə inansaq, bu seçkidə nəhənglərin heç biri Büyükekşini dəstəkləmədi. “Fənərbaxça” preizdenti Əli Koç, ümumiyyətlə, onunla sanki düşmən idi. Hacıosmanoğlu bütün bunlardan xəbərdar idi və ilk gündən düzgün strategiya qurmağa başladı. O, “Trabzonspor”, “Sivasspor”, “Adana Dəmirspor” başda olmaqla bir sıra superliqa klublarının, eləcə də 2-ci və 3-cü liqa təmsilçilərinin dəstəyini qazandı. Bu işdə özünə ən yaxın köməkçi kimi uzun illər “Sivasspor”un prezidenti olmuş Məcnun Odyakmazı seçdi. Seçki kampaniyasını yaxşı təşkil edən və Türkiyə futbolunda ilk növbədə ədaləti bərpa etməyə çalşacağına söz verən Hacıosmanoğlu sonda istəyinə çatdı. Artıq “Sivasspor”un prezidenti vəzifəsindən uzaqlaşan Odyakmaz bundan sonra TFF-də vitse-prezident kimi çalışacaq. Ondan başqa Hacıosmanoğlunun idarə heyətində bu isimlər yer alır:

Bayram Saral, Zəhra Nəşə Kavak, Lalə Cender, Fuat Gökdaş, Cengiz Gökay, Zafer Saraç, Mevlut Aktan, Bayram Akgül, Hasan Surözü, Ceyhun Kazancı, Mustafa Təməl Bozbağ, Ural Aküzüm, Bilal Aslan.

Qısaca qeyd edək ki, İbrahim Hacıosmanoğlu 1966-cı ildə 12 uşaqlı ailənin 11-ci övladı kimi Trabzonda dünyaya göz açıb. Müxtəlif dönəmlərdə ticarət və inşaat sektorunda çalışıb. 2005-07-ci illərdə “Trabzonspor”da yönətici olub. 2013-cü ildə isə “Trabzonspor”dakı seçkidə qalib gələrək klub tarixinin 15-ci başqanı olub. 2015-ə qədər bu vəzifəni icra edib.

Hacıosmanoğlu prezident seçiləndən sonra bunları deyib:

“Bizə bu etimadı göstərənlərin ümidlərini boşa çıxarmamağa çalışacağıq. Öncə qardaşlığı təbliğ eədəcəyik. Bizə qarşı bir addım atana biz on addım atacağıq. Məsələni ”oldu, bitdi” səviyyəsinə gətirməyəcəyik. Həvəskar klublardan tutmuş superliqa klublarının təmsilçilərinə qədər hər kəslə üzbəüz oturub problemləri müzakirə edəcəyik. Futbolun problemlərini futbolun içində olan şəxslərlə bilrikdə çözəcəyik. Yükümüz ağır, məsuliyyətimiz böyükdü. Amma prinsiplərimiz bəllidi. Tam ədalətli şəkildə futbolumuzu idarə edəcəyik. Məcnun Odyakmazla bu yola başlayarkən belə desək, üzərimizdəki formaları çıxardıq. Çünki artıq hər kəsə qarşı eyni məsafədə olmağa məcburuq. Türkiyə futbolu son dönəmlərdə əsl xaos yaşayır. Bu seçkidə mən qalib gəlmədim, Türkiyə futbolu qalib gəldi. İlk növbədə hörmətli prezidentimizə təşəkkürümü bildirirəm.

Belə şayiələr dolaşırdı ki, guya namizədlər prezidentin təzyiqindən sonra geri çəkilir. Mən prezidentimizlə dost olmağın şərəfini yaşayıram. Müdaxilə etsəydi, mənə də irad bildirərdi. Ancaq onun adından istifadə edənləri bu gün futbolumuzdan kənarlaşdırdıq. Son günlərdə çox çalışdıq və çox yorulduq. Amma bu yorğunluq, inşallah, Türkiyə futbolunu gözəl sabahlara daşımağa yardım edəcək. Burdan federasiyanın müxtəlif komitələrində yer alan üzvlərinə səslənirəm. Əlbəttə, at sahibinə görə kişnəyir. Amma istefa vermək və yeni rəhbərliyin önünü açmaq onlar üçün etik cəhətdən ən doğru hərəkət olardı. Onlardan tələbim odu ki, sabahdan etibarən hamısı bir-bir istefa versin”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

7-07-2024, 15:0

Büyükekşi yenə seçkidə namizəd olacaq

Dünya futbolu

13-07-2024, 12:0

Yardımcı şok qərarla namizədliyini geri çəkdi - Büyükekşi seçkidə rəqibsiz qaldı

Dünya futbolu

11-06-2022, 18:0

TFF prezidentliyinə 9 namizəd ortaya çıxdı!

Dünya futbolu

11-04-2024, 23:0

TFF bu yay yeni prezidentini seçəcək

Dünya futbolu

29-05-2024, 21:0

Özbək rekord səslə yenidən prezident oldu

Dünya futbolu

19-04-2024, 22:0

TFF başqanlığına iki namizəd ortaya çıxdı

Aktual
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
Son xəbərlər
  • Bu gün, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
  • Bu gün, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 15:00
    "Turan Tovuz" serbiyalı futbolçu transfer etdi
  • Dünən, 14:40
    “Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
  • Dünən, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Dünən, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Dünən, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Dünən, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Dünən, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Dünən, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Dünən, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Dünən, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Dünən, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
  • Dünən, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • 5-08-2026, 23:0
    Yığmamız İslandiyaya uduzdu
  • 5-08-2026, 22:0
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • 5-08-2026, 21:0
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • 5-08-2026, 21:0
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • 5-08-2026, 20:0
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 125
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 114
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 93
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə