• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yardımcı şok qərarla namizədliyini geri çəkdi - Büyükekşi seçkidə rəqibsiz qaldı

Dünya futbolu

13-07-2024, 12:0

Türkiyə Futbol Federasiyasında prezident seçkisinə bir həftədən də az qalıb.

İyulun 18-də qurumda növbədənkənar seçki baş tutacaq. Seçkiyə bu qədər qısa müddət qalmasına baxmayaraq, qəribə olaylar baş verir. Bilindiyi kimi, başqanlığa 5 namizəd var idi. Daha öncə Ərdal Alkış, İbrahim Hacıosmanoğlu, İsmayıl Uyanık və Sərvət Yardımcı namizədliyini açıqlamışdısa, ən son hazırki başqan Mehmet Büyükekşi də namizədliyini irəli sürmüşdü. Amma srağagün birdən-birə iki nəfər namizədliyini geri çəkdi. Bunlardan biri İsmayıl Uyanıkdı. Hərçənd “Samsunspor”un sabiq prezidentinin şanları onsuz da yüksək qiymətləndirilmirdi. O, lazımi sayda imza toplaya bilmədiyi üçün geri çəkildiyini açıqladı. Amma Sərvət Yardımcının da namizədliyini geri çəkməsi aydın səmada şimşək effekti verdi. Çünki uzun illərdi UEFA-nın İcraiyyə Komitəsinin üzvü olan və böyük təcrübəyə malik Yardımcının ciddi planları var idi. Onu “Fənərbaxça” və “Beşiktaş” başda olmaqla bir çox klub dəstəkləyirdi. Amma Büyükekşinin əsas rəqibi olacağı gözlənilən Yardımcı yazılı bir açıqlama verərək hər kəsi şoka saldı. O, namizədliyini irəli sürdüyü gündən bəri özü, ailəsi, əməkdaşlıq etdiyi yaxın insanlar barədə sosial şəbəkələrdə yalan məlumatlar paylaşıldığını vurğuladı. Özünün və ailəsinin şəxsiyyətinə, qüruruna toxunan sözləri qəbul etmədiyini vurğulayan futbol adamı təkcə namizədliyini geri çəkməklə kifayətlənmədi. O həm də 7 ilə yaxındı davam edən UEFA İK-nın üzvlüyündən istefa verdiyini də futbol ictimaiyyətinə çatdırdı.

Türkiyəli həmkarlarımızın iddiasına görə, bu məsələ kənardan göründüyü qədər sadə deyil. Şayiələrə inansaq, işin içinə siyasət daxil olub. Belə ki, Sərvət Yardımcını hətta İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Əkrəm İmamoğlu da dəstəkləyirdi. İmamoğlunun sayəsində Yardımcı siyasi partiyalardan da dəstək görürdü. Amma ölkə prezidenti Rəcəp Tayyib Ərdoğanın Mehmet Büyükekşini dəstəkləməyə qərar verməsinin ardından hər şey dəyişdi. Deyilənə görə, Sərvət Yardımcıdan namizədliyini geri çəkməyi məhz Ərdoğan tələb edib. Düzdü, ölkə prezidenti bir müddət öncə verdiyi müsahibədə federasiyada sabitliyin tərəfdarı olduğunu vurğulamışdı. Amma Büyükekşidən narazılıqlar çox idi. Elə ötən il dekabrın sonlarında Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan superkubok matçının təxirə salınmasının ardından güman olunurdu ki, Ərdoğan özü də Büyükekşinin vəzifəsindən getməsini istəyir. Ən əsası Büyükekşinin qardaşının adı FETÖ ilə yaxın əlaqədə hallandırılır.

Bütün bunlara baxmayaraq, Ərdoğan qəribə şəkildə Büyükekşini dəstəkləmək qərarına gəlib. Düzdü, “Trabzonspor”un sabiq prezidenti İbrahim Haciosmanoğlu heç bir halda namizədliyini geri çəkməyəcəyini qeyd edib. Amma o, Büyükekşiyə problem yarada biləcək rəqibə oxşamır. Yəni indidən seçkinin formal xarakter daşıyacağını və rəqibsiz görünən Büyükekşinin qalib gələcəyini iddia etmək mümkündü.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

7-07-2024, 15:0

Büyükekşi yenə seçkidə namizəd olacaq

Dünya futbolu

11-06-2022, 18:0

TFF prezidentliyinə 9 namizəd ortaya çıxdı!

Aktual

12-05-2024, 17:0

Koç yenə namizəd oldu, Saran geri çəkildi

Dünya futbolu

19-04-2024, 22:0

TFF başqanlığına iki namizəd ortaya çıxdı

Dünya futbolu

11-04-2024, 23:0

TFF bu yay yeni prezidentini seçəcək

Dünya futbolu

14-05-2024, 18:0

Koç namizəd oldu, Saran geri çəkildi

Aktual
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
Son xəbərlər
  • Bu gün, 11:31
    Milli komandanı tərk etdi
  • Bu gün, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Bu gün, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Bu gün, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Bu gün, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Bu gün, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Bu gün, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Bu gün, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • Dünən, 23:54
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • Dünən, 23:23
    "Şamaxı" müdafiəçi transfer etdi
  • Dünən, 22:52
    AFFA-nın baş katibi milli üzvləri ilə görüşdü
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:40
    Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
  • Dünən, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Dünən, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Dünən, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Dünən, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Dünən, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Dünən, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Dünən, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Dünən, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Dünən, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Dünən, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Dünən, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Dünən, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Dünən, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Dünən, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Dünən, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Dünən, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Dünən, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Dünən, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
Daha çox
Oxunub: 351
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 210
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 151
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 115
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə