Ən baxımlı qolu kim vurub?

19.07.2024 13:52 319
Dünya futbolu
AÇ-2024-ün ən baxımlı qolu müəyyən edilib.

UEFA-nın saytının yaydığı xəbərə görə, İspaniya yığmasının hücumçusu Lamin Yamalın Fransanın qapısına vurduğu qol turnirin ən baxımlısı seçilib. 16 yaşlı futbolçu 21-ci dəqiqədə cərimə meydançasının kənarından qapıya yol tapmışdı.

İspaniya millisi finalda İngiltərəyə 2:1 hesabı ilə qalib gələrək 4-cü dəfə Avropa çempionu olub.