İtaliya çempionatında mart ayının ən baxımlı qolu müəyyənləşib.
“Football-plus.az” xəbər verir ki, A seriyasının saytının yaydığı xəbərə görə, bu nominasiyada “Napoli”nin oyunçusu Xviça Kvaratsxeliyanın martın 11-də “Atalanta”ya (2:0) vurduğu qol qalib gəlib. Azarkeşlər arasında sosial şəbəkələrdə keçirilən sorğuda daha çox səs toplayan gürcü yarımmüdafiəçi “Roma”nın hücumçusu Paulo Dibala və “Torino”nun xavbeki Yann Karamonun qollarını qabaqlayıb.
Ayın ən baxımlı qolu müəyyənləşdi
Dünya futbolu


