Messidən oyundaşlarına xüsusi hədiyyələr

16.07.2024 16:53 273
Dünya futbolu
Lionel Messi böyük sevinc içindədi.

Argentina millisinin hücumçusu Amerika Kubokunu qazandıqdan sonra komanda yoldaşlarına hədiyyələr verib. Xatırladaq ki, Argentina turnirin finalında Kolumbiyanı məğlub edib (1:0) və tarixində 16-cı dəfə çempion olub. Messi komanda yoldaşlarına milli komandanın formasının və dövlət bayrağının rənglərinə uyğun hazırlanmış qulaqlıqlar hədiyyə edib.

Qeyd edək ki, 37 yaşlı Lionel final matçının 66-cı dəqiqəsində zədələnərək meydanı tərk edib. Onun ehtiyat oyunçular skamyasında göz yaşlarını saxlaya bilməməsi diqqətdən yayınmayıb.