Milyon dollar qazana bilərdi, 250 mindən oldu

9.08.2023 22:40 214
İdman / Maraqlı
Məşhur kanadalı hip-hop ifaçısı Dreyk həm idman-mərc oyunlarının həvəskarıdı.

"Football-plus.az" xəbər verir ki, o, avqustun 5-də Dallasda sabiq UFC döyüşçüsü Neyt Diasla Ceyk Pol arasında boks qaydaları əsasında keçirilən döyüşü həvəslə gözləyirdi. Axı Diasın qələbəsinə nə az, nə çox – 250 min dollar pul qoymuşdu. Necə deyərlər, variantı gəlsəydi, 1 milyon dollar qazanacaqdı. Dreyk sosial şəbəkədə hətta belə paylaşım da etmişdi: “Ceyk döyüşçüdü, ancaq mən Diasın əleyhinə pul qoya bilmərəm”.

Bəli, bu döyüşdə Pol hakimlərin yekdil qərarı (97-92, 98-91, 98-91) ilə qalib elan olundu. Deməli, milyon dollara göz dikən Dreyk də 250 min dollar itirdi.