“Sumqayıt” “Adana Dəmirspor”la qarşılaşacaq

10.07.2024 18:14 304
Premyer-liqa
Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışını davam etdirən "Sumqayıt"ın yoxlama görüşündə qarşılaşacağı son rəqibin adına aydınlıq gəlib.

"Football-plus.az” xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda Türkiyə Superliqa təmsilçisi "Adana Dəmirspor"la qarşılaşacaq.

İyulun 16-da baş tutacaq matçın məkanı və saatı barədə məlumat yaxın günlərdə veriləcək.