Lebron imzaladı, oğlu debüt etdi

10.07.2024 01:27 328
İdman
“Leykers”in forvardı Lebron Ceyms axır ki klubla yeni müqavilə bağlayıb.

Bununla bağlı xəbəri MBA-nın rəsmi saytı yayıb. 39 yaşlı amerikalı ilə müqavilənin müddəti açıqlanmayıb. Ancaq media ikiillik, dəyəri 104 milyon dollar olan müqavilədən danışır.

2018-ci ildən “gölməçəsevərlər”in şərəfini qoruyan Lebron “Klivlend” və “Mayami”də də çıxış edib. O, dördqat MBA, ikiqat olimpiya çempionudu.

Bu arada “Leykers” mövsümlərarası Yay liqası çərçivəsində “Sakramento”ya 94:108 hesabıyla uduzub. Lebronun oğlu Bronni Los-Anceles təmsilçisinin heyətində debüt edib. 19 yaşlı basketbolçu 22 dəqiqə oynayıb. Onun ötən ay draft olunduğunu bilirsiz.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul