• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İsveçrə üçün 1/4 final sindromu davam edir - REPORTAJ

Dünya futbolu / Reportaj

9-07-2024, 13:0

1/4 final
N 48. İngiltərə - İsveçrə 1:1 (0:0, 1:1, 0:0), p. – 5:3


1. Cordan Pikford
14. Ezri Konsa
(24. Koul Palmer, 78)
5. Con Stounz
2. Kayl Uoker
12. Kiran Trippyer
(21. Ebereçi Eze, 78)
4. Deklan Rays
26. Kobbi Maynu
(3. Lük Şou, 78)
7. Bukayo Saka
10. Cud Bellingem
11. Filip Foden
(8. Trent Aleksander-Arnold, 115)
9. Harri Keyn (k)
(17. Ayven Touni, 109)

Ehtiyat oyunçular
13. Aaron Ramsdeyl
23. Din Henderson
15. Lüis Dank
16. Konor Qallaher
18. Entoni Qordon
19. Olli Uotkins
20. Carrod Bouen
22. Co Qomes
25. Adam Uorton
Baş məşqçi: Qaret Sautqeyt

1. Yann Zommer
13. Rikardo Rodriges
5. Manuel Akanci
22. Fabian Şer
20. Mişel Ebişer
(16. Vensan Syerro, 118)
10. Qranit Caka (k)
8. Remo Fröyler
(25. Zeki Amduni, 118)
19. Den Ndoy
(6. Denis Zakariya, 98)
17. Ruben Varqas
(3. Silvan Vidmer, 63)
26. Fabian Rider
(14. Stiven Suber, 63)
7. Brel Embolo
(23. Cerdan Şakiri, 109)

Ehtiyat oyunçular
12. İvon Mvoqo
21. Qreqor Kobel
2. Leonidas Sterqiu
4. Niko Elvedi
9. Noa Okafor
11. Renato Şteffen
15. Sedrik Seziger
18. Kvadvo Dua
24. Ardon Yaşari
Baş məşqçi: Murat Yakın

Qollar: B.Embolo, 75 (0:1). B.Saka, 80 (1:1).
Penalti seriyası: K.Palmer – 1:0. M.Akanci – 1:0 (qapıçı). C.Bellingem – 2:0. F.Şer – 2:1. B.Saka – 3:1. C.Şakiri – 3:2. A.Touni – 4:2. Z.Amduni – 4:3. T.Aleksander-Arnold – 5:3.
Vərəqələr: F.Şer, 32. H.Keyn, 67. S.Vidmer, 85 - sarı.
Hakimlər: DANİELE ORSATO, Çiro Karbone, Alessandro Callatini (hamısı İtaliya).
VAR hakimləri: Massimiliano İrrati, Paolo Valeri (hər ikisi İtaliya), Bastian Dankert (Almaniya).
6 iyul. Düsseldorf. “Merkur-Şpil Arena” stadionu. 46907 tamaşaçı (47000 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 3, əlavə vaxtın hər iki hissəsinə 1 dəqiqə əlavə olunub.
Oyunun ən yaxşısı: Bukayo Saka.


oyunun statistikası
13 (3) qapıya (“çərçivə”yə) zərbə 12 (3)
8 qayda pozuntusu 13
4 künc zərbəsi 3
3 ofsayd 0
1 (0) sarı (qırmızı) vərəqə 2 (0)
51 topa sahibolma (faizlə) 49
680 (626) ötürmə (dəqiq) 627 (583)
142,6 məsafə (km) 145,9

Düsseldorfdakı matçın iştirakçılarından İsveçrə əvvəlki 4 matçda sərgilədiyi mükəmməl oyunu ilə tərif qazanmışdısa, İngiltərə yığması güclü heyətinə baxmayaraq, cəsarətsiz futbol oynadığı üçün çox sayda tənqidə məruz qalmışdı. 1/8 finalda qitənin son çempionu İtaliyanı problemsiz məğlub edən (2:0) İsveçrə qrupda ev sahibi Almaniya üzərində qələbəni son saniyələrdə əldən vermişdi (1:1). Əlbəttə, 1/4 finalın favoriti də İngiltərə idi, amma İsveçrəyə qarşı oyunun britaniyalılar üçün asan keçməyəcəyi şübhə doğurmurdu.

Matçın böyük hissəsi gərgin mübarizə ilə yadda qaldı. Amma xüsusilə ilk hissə meydanda qeyd ediləsi epizod baxımından kasad keçdi. Topa bir qədər çox nəzarət edən ingilislər maksimum səliqəli oyun sərgiləyirdilər. Sürətli hücumlar qurmağa çalışan isveçrəlilər isə ön xətdə yaradıcılıq çatışmazlığı üzündən Pikfordun qoruduğu qapıya yol tapa bilmirdilər. Buna baxmayaraq, hesabı məhz onlar açdılar: 75-ci dəqiqədə Ndoyun ötürməsinin qarşısını almaq istəyən Stounz topun Emboloya çatmasına mane ola bilmədi. Brel isə yaxın məsafədən komandasını önə keçirdi. Buraxılan qola dərhal reaksiya verən Sautqeyt meydana birdən-birə üç yeni oyunçu – Şou, Eze və Palmeri buraxdı. Nəticə özünü çox da gözlətmədi, amma hesabın bərabərləşməsi böyük ölçüdə Sakanın fərdi keyfiyyəti – topa qeyri-adi şəkildə dəqiq zərbə ilə qapının uzaq küncünə yönəltmək bacarığı sayəsində mümkün oldu. Qeyd edək ki, bu, ingilislərin qapıya endirdikləri ilk dəqiq zərbə idi. Əsas vaxt heç-heçə başa çatdı və komandalar əlavə olaraq daha 30 dəqiqə mübarizə aparmalı oldular.

Sautqeytin komandası ilk 15 dəqiqəni fəal keçirsə də, bundan bir nəticə hasil edə bilmədi. İsveçrə isə həlledici hissədə bir neçə yaddaqalan hücum təşkil etdi. Amma əsas vaxtın hesabı dəyişmədi və qalibi penalti seriyası müəyyənləşdirdi. Müdafiəçi Akancinin zərbəsini dəf edən Pikford 5 penaltinin hamısını qola çevirən komandasının yarımfinala çıxmasında heç də az rol oynamadı. Beləliklə, İsveçrə üçün böyük turnirlərdə 1/4 final sindromu davam etdi. Bu sindroma son qoya bilməsə də, Murat Yakının komandasının alqışa layiq olduğunu vurğulamalıyıq.

Reaksiyalar

Qaret Sautqeyt:

“Yaxşı oynadıq. Belə rəqibə qarşı topsuz oyunda da yaxşı oynamaq lazım idi. İsveçrə rəqibnə problemlər yaradan çox yaxşı komandadı. Bu rəqiblə oyunda keyfiyyətli müdafiə olunmaq tələb olunurdu. Rəqib qapıçını səhvə vadar etmək elə də asan məsələ deyil: Zommer işini əla bilən oyunçudu. Əvvəlki oyunlarımızla müqayisədə bu gün daha yaxşı futbol sərgilədik. Saka üzərinə düşən işin öhdəsindən əla gəldi, onun fəallığı sayəsində rəqibə problemlər yaratdıq. Böyük turnirlərdə qələbə üçün xüsusi keyfiyyət nümayiş etdirmək tələb olunur. Heyətimizdəki oyunçular xarakter, dözümlülük nümayiş etdirirlər. Onlar penalti seriyasında da əla təsir bağışladılar. Futbolçularımızla fəxr edirəm. Bu dəfə penalti seriyasında əmin göründük? Bizə üç il əvvəlki finalda məğlubiyyətin müsbət təsir etdiyini düşünürəm. Əvvəlki turnirlə müqayisədə indi komandamızda daha çox penalti vuran var. Meydana ikinci hissədə çıxan Palmer penalti seriyasında ilk zərbəni yerinə yetirdi. Saka bu dəfə işini yaxşı gördü. Touni də penalti nöqtəsinə əmin addımlarla yaxınlaşdı, Ayven meydana məhz belə məqam üçün çıxmaq şansı qazandığını yaxşı bilirdi. Komandadan çox razıyam. Qapıçmızın işini də qeyd etməliyəm. O, seriyada bircə seyv edirsə, komandanın uğuru üçün çox faydalı iş görmüş olur. Bu qədər tənqiddən sonra fanatlarımız qarşısında rəqs etmək? Bilirsiz, bu işdən məmnunluğumuzu ifadə etmək üçün qazanılan imkandan yararlanmaq lazımdı. Qələbənin gətirdiyi sevincimi azarkeşlərlə bölüşmək istədim. Son iki həftə bir insan kimi mənim üçün çətin keçmişdi. Elə komanda üçün də. Amma biz komanda kimi mübarizəmizi davam etdiririk. Və mübarizəni heç vaxt dayandırmayacağıq. Bilindiyi kimi, İngiltərədən kənarda keçirilən turnirlərdə heç vaxt finala çıxa bilməmişik, heç vaxt qitə çempionu olmamışıq. Bu komanda ilə tarix yazmaq istəyirik”.

Murat Yakın:
“Belə məğlubiyyət çox ağrılıdı. Qələbə üçün çox güc sərf etdik, kifayət qədər təhlükəli vəziyyət yaratdıq... Bu oğlanlara görə təəssüflənirəm, isveçrəlilərə görə təəssüflənirəm. İngiltərənin qol vurmaq şansı elə də çox olmadı, biz isə yetərincə belə imkana malik olduq. Belə oyundan sonra evə qayıtmağa layiq deyilik, amma bu da var ki, özümüzlə fəxr edə bilərik. Mübarizəni dayandırdıq. Çünki bu oyunda etdiklərimiz kifayət deyildi. Penalti bəxtlə bağlı olan sınaqdı və bizim bu sarıdan bəxtimiz gətirmədi. Qitə çempionatında böyük komandalara böyük problemlər yaratdıq və turniri başıuca tərk edirik. AÇ-2024 İsveçrə yığması üçün uğurlu kampaniya oldu”.

Faktlar
* İsveçrə yığması dünya və Avropa çempionatlarında mübarizəni 5-ci dəfə 1/4 finalda dayandırdı. Komanda nəhəng turnirlərdə iştirak sayına görə bu mərhələni heç vaxt keçə bilməməklə qitədə 100 faizlik antirekord göstəricisi müəyyənləşdirib. Xatırladaq ki, mərkəzi avropalılar DÇ-1934, DÇ-1938 və DÇ-1954-də və AÇ-2020-də də yarımfinaldan əvvəlki mərhələdə uğursuzluğa düçar olmuşdular.
* İngiltərə yığması cari turnirdə ikinci dəfə qapı çərçivəsinə endirdiyi ilk zərbədən sonra reallaşan qol sayəsində əsas vaxtda məğlubiyyətdən qaça bildi. Adalılar Slovakiya ilə 1/8 final matçında Bellingemin 90+5-ci dəqiqədə vurduğu cavab qolu ilə mübarizəni əlavə vaxta çevirmiş və sonda 2:1 hesabı ilə qalib gəlmişdilər.
* İngiltərə yığması cari turnirdə matçların əsas vaxtında yalnız bir dəfə - qrupda Serbiyaya qalib gəlib (1:0). Qrupda Danimarka (1:1) və Sloveniya (0:0) ilə oyunlar heç-heçə nəticələnmiş, 1/8 finalda isə Slovakiya əlavə vaxtda vurulan qolla məğlub edimişdi.
* İngiltərə yığması qitə çempionatında ardıcıl ikinci dəfə yarımfinala çıxdı. Komanda AÇ-2020-in finalında İtaliyaya əsas və əlavə vaxtı 1:1 hesabıyla bitən matçdan sonrakı penalti seriyasında uduzmuşdu (2:3).
* İngiltərə yığması qitə çempionatında 1996-cı ildən sonra ilk dəfə penalti seriyasında qalib gəldi. Onda 1/4 finalda İspaniyaya üstün gələn (0:0, p. – 4:2) komanda sonrakı 4 belə seriyanı məğlub başa vurmuşdu.
* İngiltərə yığması Sautqeytin başçılığı altında 100-cü oyununu keçirdi.
* İngiltərə yığması Sautqeytin başçılığı altında iştirak etdiyi son 4 turnirdə 3-cü dəfə yarımfinala çıxdı. DÇ-2018-i 4-cü, AÇ-2020-ni 2-ci yerdə başa vuran adalılar DÇ-2022-də mübarizəni 1/4 finalda dayandırmışdılar.
* İngiltərə yığması Sautqeytin başçılığı altında qitə çempionatında keçirdiyi 12-ci matçda da oyun vaxtında məğlub olmadı. Bu, turnir üçün rekord göstəricidi.
* Sautqeyt qitə çempionatında İngiltərə yığmasının ən uğurlu məşqçisidi. Komanda onun rəhbərliyi altında iki dəfə azı yarımfinala qədər irəliləyib. Sautqeytin sələflərindən yalnız Alf Remsi (1968) və Terri Veyenbls (1996) yığmanı yarımfinala qədər daşıya biliblər.

Paylaş:
Digər xəbərlər

AÇ

23-06-2024, 19:0

Şotlandiya ümidini davam etdirdi - REPORTAJ

AÇ

6-07-2024, 19:0

İngiltərə - İsveçrə: START HEYƏTLƏRİ

Dünya futbolu

22-06-2024, 19:0

Yakının yeni kəşfi macarları məhv etdi - REPORTAJ

AÇ

13-06-2024, 20:0

AÇ-2024-ə hansı heyətlə yollanacaqlar?

AÇ

23-06-2024, 17:0

Keyn tarixə düşdü, İngiltərə tənqidə tuş gəldi - REPORTAJ

AÇ

30-05-2024, 19:0

AÇ-2024-ə hansı heyətlə yollanacaqlar?

Aktual
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Son xəbərlər
  • Bu gün, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Bu gün, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Bu gün, 16:32
    Mahir start heyətində!
  • Bu gün, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Bu gün, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Bu gün, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Bu gün, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Bu gün, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Bu gün, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Bu gün, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Bu gün, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Bu gün, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Bu gün, 11:33
    Qarsiyaya xələf olacaq
  • Bu gün, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Bu gün, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
  • Dünən, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
Daha çox
Oxunub: 208
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 98
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 98
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 87
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə