Millimiz İspaniyada növbəti medalları qazandı

7.07.2024 14:31 296
İdman
Bədii gimnastika üzrə böyüklərdən ibarət millimiz İspaniyanın Saraqosa şəhərində keçirilən beynəlxalq turnirdə növbəti medalları qazanıblar.

Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət kollektiv 5 halqa və 3 lent, 2 top proqramlarında yüksək nəticəyə nail olaraq iki gümüş mükafata sahib olublar.

Yığma ötən gün çoxnövçülükdə qızıl medal əldə etmişdi.