“Sumqayıt” Masaki Murata ilə müqavilə imzalayıb.
Football-plus.az xəbər verir ki, "kimyaçılar" Latviyanın “Valmiera” klubunda çıxış etmiş yaponiyalı yarımmüdafiəçi yaponiyalı ilə 1.5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, “Valmiera” ilə ötən mövsüm Latviya çempionu olan Masaki Murata 32 oyunda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin Avropa Konfrans Liqasında keçirdiyi 2 oyunda da bir dəfə fərqlənməyi bacarıb.