1-ci liqa klubunda ayrılıq

2.07.2024 17:20 324
Ölkə futbolu
1-ci liqa klubu "Mingəçevir" qapıçısı Eldar Tərlanovla yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bölgə təmsilçisi qolkiperə gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, “Mingəçevir” 1-ci liqanın ötən mövsümü 27 xalla 7-ci pillədə başa vurub.