Haci rumınları xilas etdi - REPORTAJ

30.06.2024 22:10 298
AÇ
E qrupu
N 33. Slovakiya – Rumıniya 1:1 (1:1)
1. Martin Dubravka
16. David Hantsko
14. Milan Şkrinyar (k)
3. Denis Vavro
2. Peter Pekarik
(6. Norbert Dyomber, 90+2)
8. Ondrey Duda
(21. Matuş Bero, 90+2)
22. Stanislav Lobotka
19. Yuray Kutska
17. Lukaş Haraslin
(7. Tomaş Suslov, 70)
18. David Strelets
(9. Robert Bojenik, 70)
26. İvan Şrants
(20. David Dyuriş, 78)
Ehtiyat oyunçular
12. Marek Rodak
23. Henrik Ravaş
4. Adam Obert
15. Vernon De Marko
5. Tomaş Riqo
11. Laslo Beneş
13. Patrik Qroşovski
25. Sebastyan Kosa
10. Lübomir Tupta
24. Leo Sauer
Baş məşqçi: Françesko Kaltsona
1. Florin Nitse
11. Nikuşor Banku
15. Andrey Burke
3. Radu Drequşin
2. Andrey Ratsiu
6. Marius Marin
17. Florinel Koman
(23. Deyan Soresku, 58)
21. Nikolae Stançu (k)
18. Rezvan Marin
(4. Adrian Rus, 86)
10. Yanis Haci
(20. Dennis Man, 66)
19. Denis Drequş
(9. Corce Puşkaş, 67)
Ehtiyat oyunçular
12. Horatsiu Moldovan
16. Ştefan Tırnovanu
5. Yonuts Nedelçaru
22. Vasile Moqoş
24. Boqdan Rakovitsan
8. Aleksandru Çikıldeu
13. Valentin Miheyle
14. Darius Olaru
26. Adrian Şut
7. Denis Alibek
25. Corce Bırlica
Baş məşqçi: Edvard Yordenesku
Qollar: O.Duda, 24 (1:0). R.Marin, 37-p. (1:1).
Vərəqələr: A.Burke, 45+1. N.Banku, 45+4. C.Puşkaş, 88. O.Duda, 90+1 - sarı.
Hakimlər: DANİEL ZİBERT, Yan Zaydel, Rafael Foltin (hamısı Almaniya).
VAR hakimləri: Bastian Dankert, Kristian Dingert (hər ikisi Almaniya), Massimiliano İrrati (İtaliya).
26 iyun. Frankfurt. “Frankfurt Arena” stadionu. 45033 tamaşaçı (47000 yerlik).
Həm birinci, həm də ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun ən yaxşısı: Stanislav Lobotka.
oyunun statistikası
13 (4) qapıya (“çərçivə”yə) zərbə 9 (5)
11 qayda pozuntusu 10
5 künc zərbəsi 1
3 ofsayd 1
1 (0) sarı (qırmızı) vərəqə 3 (0)
55 topa sahibolma (faizlə) 45
441 (355) ötürmə (dəqiq) 323 (233)
107,5 məsafə (km) 105

Fakt
* Tarixində 5-ci dəfə böyük turnirdə qrupdan çıxan Rumıniya yığması 3-cü dəfə 1-ci yeri tutdu. Bu komanda 1994 və 1998-ci illərd Angel Yordaneskunun rəhbərliyi altında qrup birincisi olmuşdu, indi isə “sükan arxasında” onun oğlu Edvard dayanıb. 1990 və 2000-ci illərdə isə rumınlar Emerik Eneyin rəhbərliyi altında 2-ci yeri tutub.
* Rumıniya ilə oyunda məhsuldar ötürmə verən 37 yaşlı slovakiyalı yarımmüdafiəçi Kutska böyük turnirlərdə 14 ildən sonra bunu bacardı. İki məhsuldar ötürmə arasında 14 illik fasilə avropalı futbolçular üçün rekorddu.
* AÇ tarixində ilk dəfə bütün komandalar qrupu eyni xalla bitirdi. Ukrayba yığması turnurun tarixinə 4 xal toplamaqla sonuncu yeri tutan ilk komanda kimi düşdü.

Rumıniya ilə Slovakiya son tuda heç-heçə oynadı və bu nəticə hər iki komandanı pley-offa çıxardı. Oyunun axarına baxsaq, kimisə fərqləndirmək çətindi. Demək olar ki, bərabər səviyyəli oyun getdi. Yalnız künc zərbələrinin sayında nominal meydan sahibləri rəqibi üstələdi. Maraqlıdı ki, Belçika ilə Ukrayna da “sülh”ə razılaşdı, nəticədə qrupun bütün komandalarının xalı 4 oldu. Onu da demək lazımdı ki, rumınların bəxti gətirdi, Hacinin qazandığı penaltidən sonra onlar hesabı bərabərləşdirdi. Sadəcə, bu komandalardan pley-offda nəsə gözləməyə dəyməz. Ümumiyyətlə, bu qrupla bağlı suallar çoxdu. Komandaların səhv etməyə imkanının olmadığı pley-offda həmin suallara cavab tapacağıq.

Reaksiyalar
Françesko Kaltsona:
“Uğurumuza görə sevinirəm, çıxışımızdan razıyam. Kimlə qarşılaşırıq-qarşılaşaq, bizə çətin olacaq. 1/8 finala vəsiqə qazanmışıq, azarkeşlərimiz üçün 1/4 finala da çıxmaq istəyirik. Slovakiya qrupda 1-ci yeri tutmaq istəyirdi. Rumıniya yığması güclü komandadı, onların oyunu xoşuma gəlir”.


Edvard Yordanesku:
“Belə şey həyatda bir dəfə olur. Bu üç oyunda özümüzü evdəki kimi hiss etməyə imkan yaradan, həmçinin Rumıniyada olan bütün azarkeşlərimizə “sağ ol” deyirəm. Oyunçularımı təbrik etmək istəyirəm, özümüzdə ruh tapdıq. Bu gün 0:1-dən qayıtdıq. Bu səviyyədə çox qaçmaq, diqqətli olmaq lazımdı”.