Belçika millisinin oyunçusu Aksel Vitsel Avropa çempionatını qrup mərhələsinin 3-cü turunun oyununda da iştirak etməyəcək.
“Football-plus.az” xəbər verir ki, 35 yaşlı müdafiəçi zədəlidi. O, buna görə Ukrayna ilə matçda meydana çıxa bilməyəcək. Qeyd edək ki, Aksel zədə səbəbindən 2-ci turun Rumıniya ilə oyununu (2:0) da buraxmışdı.
Belçika - Ukrayna oyunu bu gün saat 23.00-da başlayacaq.