• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

AÇ-2024-də 13-cü gün: Qonşularımız 1/8 finalda! - YENİLƏNİB

Dünya futbolu / Manşet

27-06-2024, 00:0

Almaniyada təşkil olunan AÇ-2024-də qrup mərhələsinin oyunlarına bu gün yekun vurulub.

Beləliklə, pley-offa bütün vəsiqələr sahibini tapıb.

26 iyun
E qrupu
Ukrayna – Belçika 0:0

Hakim: Entoni Teylor (İngiltərə)
Cəzalı: yoxdu/Lukebakio
Stadion: “MHP Arena” (Ştutqart)
İndiyə qədər qarşılaşmayıblar

Slovakiya – Rumıniya 1:1
Ondrey Duda, 24 - Razvan Marin, 37
Hakim: Daniel Zibert (Almaniya)
Cəzalı: yoxdu
Stadion: “Frankfurt Arena” (Frankfurt)
Əvvəlki oyunlarının balansı: +8=12-10
Rumıniya, Belçika, Slovakiya, Ukrayna – 4.

Turnirin bəlkə də ən qəribə və sürprizlərlə zəngin qrupu məhz budu. Nəhəng turnirlərin tarixində bir ilk qeydə alına bilər. Belə ki, indiyə qədər heç bir nəhəng turnirdə bütün komandaların qrupu eyni xalla bitirməsinə təsadüf olunmayıb. Bu gün həm Ştutqartda, həm də Frankfurtda bərabərlik qeydə alınsa, qrupda məhz belə qəribə durum yaranacaq. Bütün komandaların hesabında 4 xal olacaq. Belədə əlavə göstəricilər hesablanmağa başlayacaq. Təbii ki, bunun baş verməməsi üçün komandalar yalnız qələbəyə can atacaq. Ukrayna ilə Belçikanın dueli maraqla gözlənilir. Əslində məhz bu komandalar əvvəlcədən qrupun favoriti sayılırdı. Amma indi onlar öz aralarında kimin pley-offa layiq olduğunu müəyyənləşdirməyə çalışacaq. Rumıniya önündə sürpriz şəkildə pərən-pərən düşən Ukrayna Slovakiya üzərində əzmkar qələbə qazanmaqla özünə gəldi. Ona görə də Belçikanın bukmekerlər tərəfindən bu oyunun aşkar favoriti sayılmasına baxmayaraq, ukraynalıların asanlıqla təslim olmayacağını söyləmək olar. Maraqlıdı ki, bu komandaların yolu indiyə qədər heç vaxt kəsişməyib. Yəni Ukrayna ilə Belçika heç yoldaşlıq matçında da qarşılaşmayıb.
Slovakiya ilə Rumıniyanın duelində favoriti müəyyənləşdirmək çətindi. Onların pley-off şansı əvvəlcədən yüksək qiymətləndirilmirdi. Amma son tur ərəfəsində görürük ki, hər birinin taleyi öz əlindədi! Maraqlıdı ki, Slovakiya müstəqil olandan bəri Rumıniyaya qarşı keçirdiyi 8 oyunun hamısında qələbəyə həsrət qalıb (5 heç-heçə, 3 məğlubiyyət)! Komandaların son oyunu 11 il öncə baş tutub. 2013-ün avqustunda Buxarestdə keçirilən yoldaşlıq oyununda 1:1-lik bərabərlik qeydə alınmışdı.

F qrupu
Gürcüstan – Portuqaliya 2:0
Xviça Kvaratsxeliya, 2, Georgi Mikautadze, 57

Hakim: Sandro Şerer (İsveçrə)
Cəzalı: yoxdu/Leao
Stadion: “Arena AufŞalke” stadionu (Helzenkirhen)
Əvvəlki oyunlarının balansı: +0=0-1

Çexiya – Türkiyə 1:2
Tomaş Souçek, 66 - Hakan Çalhanoğlu, 51, Cenk Tosun, 90+4

Qırmızı vərəqə: Antonin Barak, 20
Hakim: İştvan Kovaç (Rumıniya)
Cəzalı: yoxdu/Əbdülkərim Bardakcı
Stadion: “Folksparkştadion” stadionu (Hamburq)
Əvvəlki oyunlarının balansı: +12=3-6
Portuqaliya, Türkiyə - 6, Gürcüstan - 4, Çexiya – 1.

Portuqaliya proqnozları doğruldaraq bu qrupda pley-offu çox asanlıqla təmin etdi. Komanda 2 oyundan sonra nəinki pley-offu, hətta liderliyi də təmin edib. Ona görə də Roberto Martinesin Gürcüstanla qarşılaşmada Kriştiano Ronaldo başda olmaqla liderlərə istirahət verəcəyi gözlənilir. Futbol hər nə qədər sürprizlərlə zəngin olsa da, Gürcüstanın hətta motivasiyasız Portaqalıyanı belə məğlub edəcəyi inandırıcı görünmür. Hərçənd Zuriko Davitaşvili iddialı açıqlama verərək Ronaldodan çəkinmədiklərini bildirib. Gürcüstan qalib gələcəyi təqdirdə pley-offa yüksəlmək üçün əla fürsət qazanacaq. Bu komandalar indiyə qədər cəmi bir dəfə qarşılaşıb. Yoldaşlıq matçı çərçivəsində baş tutan həmin oyun 2008-ci il mayın 31-də Vizeu şəhərində keçirilib. Portuqaliyanın 2 cavabsız qolla qalib gəldiyi o matçda indiki heyətdən Pepe və Kriştiano də meydanda idi.

Bu qrupda diqqətlər Hamburq şəhərinə yönələcək. Türk dünyasının çıxışını böyük maraqla izlədiyi Türkiyə yığması Çexiyaya qarşı “ölüm-qalım” matçına çıxacaq. Əslində oyun daha çox çexlər üçün belə statusda olacaq. Onlar 2-ci pilləni tutmaq üçün mütləq qalib gəlməlidilər. Turnir cədvəlindən də göründüyü kimi, Türkiyəyə pley-off üçün heç-heçə də kifayət edəcək. Vinçentso Montellanın Portuqaliyaya qarşı buraxdığı “əcaib” “11-lik”dən sonra indi hər kəs Türkiyənin start heyətinin necə olacağını düşünür. Bütün diqqətlər yenə də Arda Gülərə yönəlib. Gürcüstana vurduğu qələbə qolundan sonra ölkədə az qala milli qəhrəman elan edilən və hər addımı mikroskop altında izlənilən gənc ulduz yüngül zədə üzündən Portuqaliyaya qarşı oyunda ehtiyatda qaldı. Amma belə güman olunur ki, Montella məhz Çexiya ilə oyunu düşünərək Ardanın sağlamlığı ilə riskə getmək istəmədi. Ona görə də bu dəfə “Real”ın ulduzu 99 faiz “11-lik”də olacaq. Kənan Yıldızın da start heyətinə qayıdacağı güman olunur. Montellanın başını ağrıdan əsas mövqe qapı və müdafiə xəttidi. Türkiyənin əsas qapıçısı Mərt Günokun dizindəki ağrılar hələ də tam keçməyib. Bu üzdən onun əsas heyətdə oynayıb-oynamayacağı bilinmir. Müdafiədə isə problemlər hədsiz çoxdu. Portuqaliya ilə oyunda kobud səhvə yol verərək topu öz qapısına göndərən Samet Akaydın 2-ci hissədə zədələnərək meydanı tərk etdi. Bu azmış kimi, Əbdülkərim Bardakcı da iki oyunun hər birində sarı vərəqə aldığı üçün cəzalı duruma düşüb. Samet oynaya bilməyəcəyi təqdirdə Montellanın əlinin altında iki mərkəz müdafiəçisi – Merih Dəmiralla Ahmetcan Kaplan qalacaq. Düzdü, ehtiyac duyulacağı halda Kaan Ayhan da müdafiənin mərkəzində oynaya bilər. Amma Montella bu futbolçudan əsasən başqa mövqelərdə istifadə edir. Ona görə də Kaan müdafiənin mərkəzində oynasa, digər mövqelərdə dəyişikliklər etmək lazım gələcək.

Türkiyə üçün şad xəbərlər də var. İrfan Can Kahveci artıq zədəsini tam sağaldıb və komanda ilə məşqlərdə iştirak edir. Onun 2-ci hissədə eydana çıxacağı gözlənilir. Bundan başqa, Çexiyanın əsas qol ümidi Patrik Şik baldırından ciddi zədə alıb və oyunu buraxmalı olacaq!

Maraqlıdı ki, bu komandalar 3-cü dəfə AÇ-nin qrupunda qarşılaşacaq və hər üç halda oyun 3-cü tura təsadüf edib! 2008-də Türkiyənin qrupun son oyununda Çexiyaya qarşı 0:2-dən tarixi geridönüş edərək yarımfinala qədər irəliləməsini yəqin fanatlar gözəl xatırlayır. 2016-da Türkiyə yenə son turda Çexiya üzərində 2:0-lıq qələbə qazandı. Amma bu, pley-off üçün kifayət etmədi. Ümid edək ki, Türkiyə 8 ildən bir yaşanan bu uğurlu ənənəni davam etdirəcək.

Oyunu İştvan Kovaç idarə edəcək. Təcrübəli rumıniyalı ədalət təmsilçisi indiyə qədər “ay-ulduzlular”ın yalnız bir matçında fit sahibi olub. Amma həmin qarşılaşma qardaş ölkə üçün uğurla bitməyib. 2018-in noyabrında Türkiyə Millətlər Liqası çərçivəsində Konyada məhz Kovaçın idarəçiliyi altında İsveçə minimal hesabla uduzmuşdu.

Paylaş:
Digər xəbərlər

Manşet / Çempionlar Liqası

9-11-2023, 00:0

"Qalatasaray" "Bavariya"ya uduzdu - YENİLƏNİB

AÇ

31-03-2024, 13:0

AÇ-2024 Münhendə başlayıb Berlində sona çatacaq

Dünya futbolu / Manşet

26-06-2024, 00:0

AÇ-2024-də 12-ci gün: İngiltərə və Danimarka 1/8 finalda - YENİLƏNİB

Dünya futbolu

6-12-2023, 21:0

Danimarka və İspaniya üçün qisas fürsəti

Manşet / Çempionlar Liqası

14-12-2023, 01:0

Çempionlar Liqasında qrup mərhələsi başa çatdı - YENİLƏNİB

Dünya futbolu / Manşet

24-06-2024, 00:0

AÇ-2024-də 10-cu gün: Almaniya və İsveçrə 1/8 finalda - YENİLƏNİB

Aktual
“Qarabağ”ın səfər oyunu göstəriləcək!
6 milyon avroluq KuPS... - ötən il tarix yazan finlər “Sabah”a qarşı
“Rəhman Daşdəmirov bizi həddən artıq çətin duruma saldı” – “Nyu Seynts”in saytı
“İstənilən təxribata hazır olmağın vacibliyini deyirəm” - Atanur Cəfərli azərbaycanlı azarkeşlərə xəbərdarlıq etdi
“Lazım olarsa, baş məşqçi Rəşad Sadıqov bu barədə futbolçulara məlumat verəcək” - gürcü azarkeşlər “qartallar”ı necə qarşılayacaq?
“Hələ də güclənməyə ehtiyac var” – “Forza Neftçi” həm razıdı, həm də narazı
Son xəbərlər
  • Bu gün, 01:50
    "Sabah" "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 00:30
    "Qarabağ" "Vestri"ni keçsə, Sofiya klubu ilə qarşılaşacaq
  • Bu gün, 00:08
    Nəhənglərin ulduzları əldən çıxa bilər - onlardan biri qalmaq, digəri ayrılmaq istəyir
  • Dünən, 23:30
    Vembanyama 252 milyon dollarlıq müqavilə bağladı!
  • Dünən, 23:01
    "Vestri" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 21:51
    “Qarabağ”ın səfər oyunu göstəriləcək!
  • Dünən, 21:06
    6 milyon avroluq KuPS... - ötən il tarix yazan finlər “Sabah”a qarşı
  • Dünən, 20:45
    AFFA-da qadın liqalarının klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 20:23
    “Qalatasaray” bu yayın ilk transferini reallaşdırdı
  • Dünən, 19:45
    "Torpedo" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:00
    “Hossam Messini “10 nömrəli oyunçu” adlandırırdı”
  • Dünən, 18:35
    "Kəpəz"dən növbəti transfer
  • Dünən, 18:12
    “Rəhman Daşdəmirov bizi həddən artıq çətin duruma saldı” – “Nyu Seynts”in saytı
  • Dünən, 18:00
    “Trabzonspor” “Beşiktaş”ın rəqibindən oyunçu aldı
  • Dünən, 16:57
    "Araz-Naxçıvan"da yeni hücumçu
  • Dünən, 16:26
    DÇ-2026-nın iştirakçısı intihar edib? - DÇ-nin MƏYUSLUĞU
  • Dünən, 15:55
    “Azərlotereya” jurnalistlər arasında “FC 26” çempionatı keçirdi
  • Dünən, 15:30
    La Liqada yeni mövsümün 5 oyunu təxirə salınacaq
  • Dünən, 14:59
    Makqreqor uduzdu, amma milyonlar qazandı
  • Dünən, 14:05
    “İstənilən təxribata hazır olmağın vacibliyini deyirəm” - Atanur Cəfərli azərbaycanlı azarkeşlərə xəbərdarlıq etdi
  • Dünən, 13:51
    “Lazım olarsa, baş məşqçi Rəşad Sadıqov bu barədə futbolçulara məlumat verəcək” - gürcü azarkeşlər “qartallar”ı necə qarşılayacaq?
  • Dünən, 13:20
    Buruk Terimi geridə qoyaraq “Qalatasaray”ın tarixinə düşdü
  • Dünən, 12:59
    "Şamaxı" gürcüstanlı hücumçu transfer etdi
  • Dünən, 12:44
    “Hədəf yarışın indiyədək keçirilmiş cüdo üzrə dünya çempionatları arasında ən yaxşısı olmasıdı”- Rəşad Rəsullu
  • Dünən, 12:25
    Bakıda olacaq DÇ-nin rəsmi loqosu və tanıtım çarxı təqdim edildi
  • Dünən, 11:54
    Millimiz İngiltərəyə qalib gəldi
  • Dünən, 11:23
    Alkaras daha bir turniri buraxacaq
  • Dünən, 10:52
    “Hələ də güclənməyə ehtiyac var” – “Forza Neftçi” həm razıdı, həm də narazı
  • Dünən, 10:31
    "İmişli"də növbəti ayrılıq
  • Dünən, 10:00
    Oveçkin qonşusu ilə barışdı və ...Messiyə qonşu oldu
  • Dünən, 01:06
    Argentina finala çıxdı - DÇ gecəsi
  • 15-07-2026, 23:0
    "Neftçi": açıq məşq və brifinq təşkil olunacaq
  • 15-07-2026, 23:0
    "Komanda oyuna tam hazırdı" - Qurban Qurbanov
  • 15-07-2026, 22:0
    Qalenoyi ilə müqavilə yeniləndi - DÇ-nin QƏRARI
  • 15-07-2026, 21:0
    Yarımfinal oyununa çıxa biləcəklər?
Daha çox
Oxunub: 233
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 220
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 217
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 206
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 159
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə