Radamel Falkao Kolumbiyaya qayıdacaq.
Təcrübəli futbolçu bundan sonra vətənində çıxış edəcək. “Milyonarios” 38 yaşlı forvardın xidmətində maraqlıdı. Falkao özü də vətəninə qayıtmaq istəyir. O, bu səbəbdən Avropa klublarından aldığı təklifləri geri çevirib. Hazırda Falkao ilə “Milyonarios” arasında aparılan danışıqların müsbət yekunlaşmaq üzrə olduğu bildirilir.
Onun sonuncu klubu “Rayo Valekano” olub. Radamel 2023/24 mövsümündə bu komandada keçirdiyi 26 matçda 4 qol vurub.