Yay "transfer pəncərəsi" açılmasa da, klubların əksəriyyəti heyətini gücləndirir.
Bu ərəfədə "qan itirənlər" siyahısında "Neftçi"ni görürük. Belə ki, Reziuan Mirzov komandadan ayrılmaq niyyətindədi.
"Championat.com"un məlumatına görə, Mirzov yenidən “Ximki”yə qayıdır. "Ağ-qaralar"la müqaviləsi sona çatan futbolçu azad agent kimi Moskva klubuna keçəcək. O, artıq tibbi müayinədən keçib. Görünür, klub rəhbərliyinin Mirzova verdiyi vədlər onu yetərincə şirnikləndirib.
Maraq üçün qeyd edək ki, 30 yaşlı oyunçu 2020-23-cü illərdə "Ximki"də çıxış edib. Mirzov 2023/24 "futbol ili"ni "Neftçi"də keçirib. Rusiya millisinin sabiq üzvü "ağ-qaralar"ın heyətində meydana çıxdığı 25 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürməylə yadda qalıb.
RÖYANƏ OĞUZ