Ayaz Quliyevlə bağlı "Neftçi"ni sevindirəcək XƏBƏR

5.12.2022 12:48 1 863
Premyer-liqa / Manşet
Bir neçə gün öncə "Neftçi"nin Ayaz Quliyevlə maraqlandığını xəbər vermişdik.

Rusiya mətbuatının yazdığı xəbərə görə, flaqman yarımmüdafiəçi üçün 300 min avro ödəmək niyyətindədi. Lakin "Ximki" 500-700 min avro tələb edir.

Məsələ ilə bağlı redaksiyamıza maraqlı məlumat daxil olub. Football-plus.az xəbər verir ki, 26 yaşlı futbolçu "Ximki"də xoşbəxt deyil. O, premyer-liqa klubundan ayrılmaq niyyətindədi. Bunun 2 səbəbi var: komandanın çempionatın 15-ci pilləsində qərarlaşması və maliyyə problemlərinin olması.

"Ximki" 2 aydı ki, futbolçuların maaşını vermir. Bundan əlavə, mövsümün əvvəlindən aylıq ödəmələrdə 10-15 gün gecikmə olur.

Məhz bu səbəblərdən Ayaz Quliyev qışda "Ximki"ni tərk etmək niyyətində olduğunu menecerlərinə bildirib.

Qeyd edək ki, yarımmüdafiəçi bu mövsüm premyer-liqada 10 matçda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

İLKİN SULTANLI