“Sabah”ın U-10 komandası İspaniyada beynəlxalq turnirə qatılacaq

21.06.2024 13:54 313
Ölkə futbolu
“Sabah”ın U-10 komandası İspaniyanın paytaxtı Madriddə baş tutacaq “MadCup” beynəlxalq turnirinə qatılacaq.

"Football-plus.az" xəbər verir ki, Madrid təmsilçiləri “Atletiko” və “Real”ın təşkilatçılığı ilə keçiriləcək yarışda 5 qitədən müxtəlif ölkələri təmsil edən 90 komanda mübarizə aparacaq.

Savalan Əlizadənin baş məşqçisi olduğu "Sabah" İspaniyanın “Atletiko”, “Pozuelo De Alarkon”, “CDE DR Akademi Sport”, həmçinin ABŞ-nin “Doral” komandaları ilə birlikdə B qrupunda mübarizə aparacaq. Qruplarda ilk iki yeri tutacaq komandalar qızıl medallar uğrunda mübarizəni davam etdirəcəklər.

Qeyd edək ki, turnirin açılış mərasimi iyunun 24-də, Madriddəki “Metropolitano” stadionunda baş tutacaq. Mərasimdə David Vilya, Fernando Torres kimi futbol ulduzlarının da iştirakı nəzərdə tutulub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul